Bakıda təmir işləri ilə paralel yemək bişirdiklərinə görə restoranın fəaliyyəti yenidən məhdudlaşdırılıb
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda nöqsan aşkarlanan restoranın sahibi barədə inzibati icraata başlanılıb.
Bu barədə Missiya.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Qeyd olunub ki, bundan əvvəl fəaliyyətində nöqsanlar aşkarlanan “Top Qapı” ictimai iaşə müəssisəsində qərarın icra vəziyyətinin yerində yoxlanılması məqsədilə yenidən aparılan baxış zamanı restoranının məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərara əməl etmədən və göstərilən nöqsanlar tam aradan qaldırılmadan fəaliyyət göstərdiyi və müəssisədə təmir işlərinin aparıldığı bir vaxtda müxtəlif qidaların emal olunduğu müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində Agentliyin qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati icraata başlanılıb və müəssisənin mətbəx sahəsinə nöqsanlar tam aradan qaldırılanadək yenidən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 01 Aprel 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















