Icma.az
close
up
RU
Bakıda torpaq sahələrinin qiymətində kəskin bahalaşma

Bakıda torpaq sahələrinin qiymətində kəskin bahalaşma

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin iyul ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb.

Palatadan Hurriyyet.Media  verilən məlumata görə, nəticələr daşınmaz əmlak bazarında vahid qiymət trendinin formalaşmadığını göstərir.

Bazar üzrə əsas xüsusiyyət qiymət və likvidliyin aktivin təyinatı, lokasiyası, investisiya potensialı və sənədləşmə vəziyyətindən asılı olaraq fərqlənməsidir. İyulda artım əsasən torpaq və yeni tikili mənzillərdə, korreksiya isə kommersiya obyektləri, qarajlar və müəyyən icarə seqmentlərində müşahidə olunub.

İyulda ən yüksək qiymət artımı Bakı şəhərinin torpaq bazarında qeydə alınıb. AQP torpaq indeksi aylıq 4 %, 2025-ci ilin dekabr baza dövrünə nisbətən isə 22,8% artaraq 122,8 bəndə çatıb. Median qiymət 16 371,5 manat/sot, orta qiymət 18 817 manat/sot, orta çəkili qiymət isə 12 276 manat/sot təşkil edib. Orta və median göstəricilər arasındakı fərq premium və kommersiya potensiallı sahələrin bazar qiymətlərinə təsirini, orta çəkili qiymətin aşağı olması isə iri sahələrin daha aşağı vahid qiymətlərlə təklif edilməsini göstərir. Median satış müddəti 27,9 gün, orta müddət 35,8 gün olub. İlkin elan qiyməti ilə faktiki sövdələşmə arasındakı 10,6 %-lik indikativ diskont isə tələbin yüksək qalmasına baxmayaraq, əməliyyatların müəyyən qiymət güzəşti ilə bağlandığını göstərir.

Yeni tikili mənzillər iyulda satış bazarının ən likvid seqmenti olaraq qalıb. AQP indeksi aylıq 1,7%, baza dövrünə nisbətən 6,5% yüksələrək 106,5 bənd təşkil edib. Median qiymət 2 812,5 manat/m², orta qiymət 2 851 manat/m², orta çəkili qiymət isə 2 836 manat/m² olub. Göstəricilərin bir-birinə yaxınlığı qiymət strukturunun nisbətən sabit olduğunu göstərir. Median satış müddətinin 20,6 gün olması yüksək likvidliyə, 6,6%-lik diskont isə alıcı və satıcı gözləntiləri arasındakı qiymət fərqinin nisbətən məhdud qalmasına işarə edir.

Köhnə tikili mənzillərdə qiymət dinamikası daha sabit xarakter alıb. AQP indeksi iyunla müqayisədə 0,2 % azalaraq 103,8 bəndə düşsə də, baza dövründən 3,8% yüksəkdir. Median qiymət 2 616,7 manat/m², orta qiymət 2 627,8 manat/m², orta çəkili qiymət isə 2 575,4 manat/m² təşkil edib. Median satış müddəti 26,1 gün, indikativ diskont isə 5,4 faiz olub. Sonuncu göstərici satış bazarında ən aşağı diskont səviyyəsinin bu seqmentdə formalaşdığını göstərir. Bu nəticə hazır infrastruktura və istifadəyə hazır mənzillərə olan tələbin qiymət gözləntilərini nisbətən sabit saxladığını ehtimal etməyə imkan verir.

Fərdi yaşayış evləri üzrə indeks aylıq 3,4 faiz azalaraq 101,1 bənd təşkil edib. Median satış müddəti 33,9 gün, indikativ diskont 8,3% olub. Qiymət dinamikasında elan portfelinin strukturunun, xüsusilə periferik və daha aşağı büdcəli obyektlərin payının dəyişməsinin təsiri nəzərə alınmalıdır. Kommersiya obyektləri satış bazarında isə ən kəskin korreksiya qeydə alınıb. AQP Kommersiya İndeksi aylıq 7,5% azalaraq 97,0 bəndə düşüb. Median qiymət 2 828,6 manat/m², orta qiymət 3 048,7 manat/m², orta çəkili qiymət isə 2 220,8 manat/m² olub. Göstəricilər arasındakı ciddi fərq kommersiya bazarının obyekt ölçüsü, təyinat və lokasiya baxımından yüksək heterogenliyini əks etdirir. İndikativ diskontun 9,8%-ə yüksəlməsi qiymət gözləntiləri ilə faktiki bazar şərtləri arasında fərqin genişləndiyini göstərir. Qaraj bazarında da oxşar korreksiya müşahidə olunub: AQP indeksi 5,1% azalaraq 105,0 bənd təşkil edib, diskont isə 12,8%-lə satış seqmentləri üzrə ən yüksək göstəriciyə çatıb.

İcarə bazarında dinamika seqmentlər üzrə fərqlənib. Yeni tikili mənzillərin kirayə indeksi aylıq 3,2% azalaraq 97,8 bəndə, median icarə haqqı isə 10,59 manat/m²-ə düşüb. Median icarəyəvermə müddətinin 23,7 gün olması satış bazarındakı yüksək likvidliklə müqayisədə daha balanslı tələb-təklif şəraitinə işarə edir. Fərdi yaşayış evlərinin kirayə indeksi 1,8% azalsa da, 109,5 bənddə yüksək olaraq qalıb. Bu dinamikanın yay mövsümündə bağ evləri və premium villaların təklif strukturunda artan çəkisi ilə qismən əlaqəli olması mümkündür. Kommersiya obyektlərinin icarə indeksi isə 7,4 faiz azalaraq 97,1 bəndə düşüb. Median icarə haqqı 14,81 manat/m², median icarəyəvermə müddəti 11,3 gün, indikativ diskont isə 10,5% olub. Qısa icarəyəvermə müddəti tələbin mövcudluğunu, yüksək diskont isə müqavilələrin daha çox bazar şərtlərinə uyğunlaşdırılmış qiymətlərlə bağlandığını göstərir.

İyul göstəriciləri daşınmaz əmlak bazarında sistemli və vahid istiqamətli hərəkətdən çox, seqmentlər üzrə fərqli qiymət və likvidlik dinamikasının formalaşdığını göstərir. Torpaq və yeni tikili mənzillər hazırda kapital axınının və tələbin daha güclü olduğu istiqamətlər kimi seçilir. Köhnə tikililərdə qiymət sabitliyi və aşağı diskont, kommersiya və qaraj bazarında isə daha yüksək qiymət çevikliyi diqqət çəkir.

Növbəti aylarda torpaq və yeni tikili mənzil seqmentlərində artım tempinin müəyyən qədər səngiməklə davam etməsi, köhnə tikililərdə isə qiymətlərin əsasən mövcud diapazonda qalması daha real ssenari kimi görünür. Kommersiya və qaraj seqmentlərində qiymətlərin faktiki gəlirlilik göstəricilərinə daha həssas olması, fərdi evlərin icarə bazarında isə yay mövsümünün başa çatması ilə təklif strukturunun dəyişməsi gözlənilir.

Xatırladaq ki, AQP dövrü olaraq hər ay daşınmaz əmlak, avtomobil və tikinti indekslərini açıqlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Avqust 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri