Haaland UEFA Millətlər Liqasında öz rekordunu yenilədi
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Haaland UEFA Millətlər Liqasında öz rekordunu yenilədi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Norveç millisinin hücumçusu Erlinq Haaland UEFA Millətlər Liqasında vurduğu qolların sayına görə şəxsi rekordunu yeniləyib.
QOL.az xəbər verir ki, o, noyabrın 14-də Uelsə qarşı keçirilən ev oyununda (3:1) penaltini dəqiq yerinə yetirərək turnirdəki 21-ci matçda vurduğu qolların sayını 23-ə çatdırıb.
Norveçli futbolçunun ən yaxın izləyiciləri hərəyə 15 qol vuran serbiyalı Aleksandr Mitroviç və artıq yığma karyerasını başa vurmuş portuqaliyalı Kristiano Ronaldodur.
Bu, 26 yaşlı hücumçunun Norveç yığmasında keçirdiyi 60 oyunda vurduğu 66-cı qol olub. O, milli komandanın ümumilikdə ən yaxşı bombardiridir.
Baxış sayı:109
Bu xəbər 15 Noyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















