Bakıda tramvaydan istifadə ilə bağlı konkret qərarlar verilə bilər AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Yaxın illərdə Bakıda tramvaydan istifadə ilə bağlı konkret qərarlar verilə bilər.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
"Hazırda paytaxtda istifadə edilən əsas yerüstü nəqliyyat növü avtobusdur və indi onun elektrikli növləri ölkəyə gətirilərək istifadə edilir. Gələcəkdə müvafiq sahəyə cavabdeh təşkilatların qərarı ilə əsas yerüstü nəqliyyat növü tramvay ola bilər. Düşünürəm ki, yaxın illərdə bununla bağlı konkret qərarlar verilə bilər. Əsas məsələ odur ki, yerüstü ictimai nəqliyyat üçün müvafiq yer nəzərdə tutulsun. Hazırda ictimai nəqliyyat üçün küçələr müəyyənləşdirilib və ayrıca zolaqların təşkili üçün iş görülür", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 13 Noyabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















