Icma.az
close
up
RU
Bakıda “Translogistica Caspian” sərgisi keçiriləcək

Bakıda “Translogistica Caspian” sərgisi keçiriləcək

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

2-4 iyun tarixlərində Azərbaycanda region üçün mühüm əhəmiyyəti olan 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisi təşkil ediləcək. Sərgi Bakı Ekspo Mərkəzində baş tutacaq.

APA-Economics” xəbər verir ki, qlobal ticarət marşrutlarında sürətli dəyişikliklər və artan nəqliyyat çağırışları şəraitində Azərbaycan, Avrasiya regionunun əsas nəqliyyat mərkəzi olaraq öz mövqeyini möhkəmləndirir. 2025-ci ilin yanvar ayında nəqliyyat məsələlərinə həsr olunmuş iclasda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nəqliyyat infrastrukturunun inkişafı və tranzit marşrutlarının optimallaşdırılması məsələlərini vurğulayıb. Bu kontekstdə tranzit və logistika sahəsində təşkil olunan beynəlxalq sənaye sərgilərinin rolu daha da artır.

“TransLogistica Caspian” sərgisi nəqliyyat sahəsində müasir həllərin müzakirəsi və təqdimatı üçün önəmli bir platforma təqdim edir. Bu tədbir, logistika və nəqliyyat sahəsinin ən mühüm sərgilərindən biri kimi tanınır və Avrasiya məkanının bu sənaye sahəsi üzrə peşəkarlarını bir araya gətirir.

Sərgiyə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstək göstərilir, iştirakçılar və təşkilatçılara salamlama məktubları göndərilir.

“TransLogistica Caspian” sərgisinin qızıl sponsoru qismində “Railgo” şirkəti çıxış edir. Yükdaşıma bazarında 10 ildən artıq bir müddətdə lider mövqe tutan “Railgo” şirkəti ardıcıl olaraq ikinci ildir ki, “TransLogistica Caspian” sərgisinin qızıl sponsorudur və sərgidə kreativ stendi ilə ziyarətçilərin diqqətini cəlb edir. Şirkət Rusiya Federasiyası, MDB, Baltikyanı ölkələr və yaxın xaric ərazisində dəmir yolu nəqliyyatı vasitəsilə xam neftin, maye qazların, neft məhsullarının və neft-kimya məhsullarının daşınması üzrə nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşmışdır.

Üç günlük sərgidə Azərbaycanla yanaşı Belarus, Çin, Gürcüstan, Hindistan, İsveçrə, Rusiya Federasiyası və Türkiyədən olan şirkətlər iştirak edəcəklər. Yükdaşıma və logistika xidmətləri sektoru “Abşeron Logistika Mərkəzi” “İkra Logistika”, “CJ ICM Logistics”, “Sara Logistics”, Hindistanın beynəlxalq yük daşıyıcı və logistika şirkəti olan “Palsun Maritime India Limited”, "Bir Kəmər, Bir Yol" təşəbbüsünün iştirakçısı olan Çinin “Qingdao Fengtie International Logistics Co., Ltd” və digər şirkətlər tərəfindən təmsil olunur. Sərgidə ilk dəfə olaraq dünya miqyasında nəqliyyat və logistika sahəsində lider olan “Mediterranean Shipping Company” (MSC) şirkəti iştirak edəcək.

Sərgi, Azərbaycanın və region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər şəxslər və mütəxəssislərlə bir araya gəlmək, nəqliyyat texnologiyalarının ən son nailiyyətlərini nümayiş etdirmək, potensial müştərilərə çıxış əldə etmək, eyni zamanda perspektiv infrastruktur layihələri ilə tanış olmaq üçün unikal platformadır. “TransLogistica Caspian” sərgisi çərçivəsində dövlət və özəl sektorlar arasında qurulan əməkdaşlıq nəqliyyat və logistika sahəsində innovativ yanaşmaların tətbiqinə, infrastrukturun təkmilləşdirilməsinə və ümumilikdə sektorun davamlı inkişafına zəmin yaradır. Bu qarşılıqlı fəaliyyət iqtisadi yüksəlişə töhfə verir və regional inteqrasiyanı sürətləndirir.

Diqqət çəkən məqamlardan biri də tədbirdə kommersiya şirkətləri ilə yanaşı dövlət strukturlarının iştirak etməsidir. Bu il Dövlət Gömrük Komitəsi, Azərbaycan Dəmir Yolları, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) kimi qurumlar sərgilərə öz stendləri ilə qatılırlar. Bununla yanaşı, Belarus Respublikasının Nəqliyyat Və Kommunikasiya Nazirliyi və Belarus Dəmir Yolları da sərgidə stendlə iştirak edəcəklər.

“TransLogistica Caspian” sərgisi nəqliyyat sektorunun bir çox sahələrini birləşdirən səmərəli imkanlar məkanıdır. Ənənəvi olaraq bu ilki tədbirdə də dəmiryol infrastukturu, dənizçilik sənayesi, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarının əsas istiqamətləri müzakirə olunacaq. Bununla yanaşı, sərgi bir sıra yeni istiqamətləri əhatə edəcəkdir.

Qlobal logistik marşrutların transformasiyası və artan rəqabət şəraitində, “TransLogistica Caspian” sərgisində iştirak, sektorda lider olmaq istəyən şirkətlər üçün vacib bir addım halına gəlir. Bu sərgi, beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya üçün yeni imkanlar açır, əməkdaşlıq üçün platforma təqdim edir və "Orta Dəhliz", TRACECA və "Bir Kəmər, Bir Yol" təşəbbüsləri çərçivəsində biznesin inkişafına unikal şərait yaradır.

Sərgi çərçivəsində faydalı işgüzar proqram təşkil ediləcək, yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” və “B2G” formatlı görüşlər, müxtəlif tematik tədbirlər və müzakirələr baş tutacaqdır. Tədbir zamanı "Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı", "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması", "Xəzər regionunda multimodal daşımalar: Səmərəli nəqliyyat logistikası təmin edilməsində perspektivlər və çağırışlar" və s. mövzularda panel diskussiyaları keçiriləcəkdir.

Panel diskussiyalarında nəqliyyat və logistika sahəsində tanınmış ekspertlər, dövlət qurumlarının nümayəndələri məruzəçi qismində çıxış edəcəklər. "Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı" adlı panel müzakirəsinin moderatoru qismində ölkədə tanınmış avtomobil bloqeri, “AvtoStop Media”nın baş icraçı direktoru Tural Yusifov çıxış edəcəkdir. Diskussiyalarda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının nümayəndələri, həmçinin avtombil bloqerləri iştirak edəcək. "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması" adlı panel müzakirəsində “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Asset Assavbayev salamlama nitqi ilə çıxış edəcək, qurumun digər nümayəndəsi isə moderator olacaqdır. Müzakirələrə "Azərbaycan Dəmir Yolları" QSC, “Gürcüstan Dəmir Yolu” SC, “Türkiyə Dövlət Dəmir Yolları” SC, “Moldova Dəmir Yolları” DM və “KTZ-Yük Daşımaları” MMC-nin nümayəndələri qatılacaqdır.

“TransLogistica Caspian” sərgisinin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq tərəfdaşları olan “ICA Events” və “CEM FZ LLC” şirkətləridir.

Sərgi haqqında ətraflı məlumatı https://translogistica.az saytından və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 May 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see357

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see340

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see321

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see317

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see271

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see251

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see203

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see200

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see184

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see177

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see176

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see167

Azərbaycan Özbəkistan vətəndaşını ölkəsinə ekstradisiya etdi

10 İyul 2026 18:20see165

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see162

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see161

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see160

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see159

“Rihanna dördüncü dəfə ana olacaq”

11 İyul 2026 08:41see152

Fidan: Kiçik bir səhv yeni böhrana səbəb ola bilər

10 İyul 2026 21:46see151

Başmaqdan yaranan suluqlar qadını xəstəxanalıq etdi

10 İyul 2026 22:10see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri