Icma.az
close
up
RU
Bakıda Türk barometri 2024 türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: mövcud reallıqlar və gələcəyə baxış mövzusunda konfrans keçirilir FOTO

Bakıda Türk barometri 2024 türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: mövcud reallıqlar və gələcəyə baxış mövzusunda konfrans keçirilir FOTO

Icma.az, Milli.az saytına istinadən bildirir.

Bakıda "Türk barometri 2024 - türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: mövcud reallıqlar və gələcəyə baxış" mövzusunda konfransı keçirilir.

Trend xəbər verir ki, tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc, Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Beynəlxalq Türk Akademiyası, "Türk Barometri" tədqiqat layihəsinin koordinatoru Əbülfəz Süleymanlı, Düzcə Universitetindən Taner Atmaca, Qırğızıstan-Türkiyə Manas Universitetindən Ali Ünal, millət vəkilləri və digərləri iştirak edir.

Tədbirdə çıxış edən STM İdarə Heyətinin sədri Zahid Oruc təklif edib ki, Heydər Əliyev adına təqaüd proqramı ilə Qarabağ universitetində Türk Dünyası Elm Mərkəzi yaradılsın.

O bildirib ki, Qafqazın Konservatoriyası hesab olunan bir məkanda Türk Dünyası Ali Musiqi Məktəbi inşa oluna bilər.

"Qarabağın azadlığının 5-ci ildönümü münasibətilə türk dünyasının ən yaxşı kitabxanası layihəsi həyata keçirilə, Xankəndində qədim və müasir türk dövlətlərinin bayraqları asıla bilər.

Türk dövlətlərinin Beyin mərkəzlərinin birgə tədqiqat planları və hədəflərin uzlaşdırılması hazırkı qlobal təhlükələr və böhranlardan çıxışın, yeni dünya nizamının güclü qütbü rolunu üzərinə götürməyin başlıca təminatına çevrilə bilər", - deyə millət vəkili qeyd edib.

Z.Oruc bildirib ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2024-cü ildə keçirilən ictimai rəy sorğusuna əsasən, 61.6% respondent Azərbaycanı ilk növbədə "türk dünyası" ölkəsi olaraq görür.

"84.2% respondent türk dövlətləri arasında əməkdaşlığın iqtisadi-mədəni sahələrlə yanaşı, hərbi-siyasi istiqamətlərdə qurulması istəyini ifadə edib, respondentlərin 77%-i ölkəsinin milli-mədəni dəyərlərini qorumalı olduğunu bildirib, 84% ailənin, cəmiyyətin milli adət-ənənələrə uyğun həyat tərzini vacib hesab edib. 76% türk dövlətləri arasında münasibətlərin 20 il əvvəlki ilə müqayisədə yaxşı olduğu mövqeyini bölüşüb. Bu göstərici Azərbaycan üzrə 86%-ə bərabər olub", - deyə Z.Oruc bildirib.

Z.Oruc əlavə edib ki, türk dövlətlərində yaşayan hər iki nəfərdən birinin digər türk dövlətindən dostu var. Bu, cəmiyyətlər arasında yaxınlığın göstəricisidir.

"2040 Vizyonu" sənədinin də əsas hədəflərindən biri "Türk Dünyasında birlik, bərabərlik və həmrəylik şüuruna sahib bir nəslin yetişdirilməsi; təhsil və gənclik siyasətlərinin daha da uyğunlaşdırılması"dır. Tarixi mənbələrdə XIX əsrin ortalarına qədər, Buxarada fəaliyyət göstərən 200-dən çox mədrəsədə, "Səmərqənd məktəbi"ndə Türk dünyasının müxtəlif yerlərindən on minlərlə tələbənin təhsil aldığı faktını vurğulamaq yetərli olar. Türkün yüksəlişi XXI əsrin savaş meydanı olan elm, təhsil, tədqiqatlardan keçən süni zəka ilə mümkündür. Xatırladaq ki, 2013-cü ildə yaradılan Türk Universitetlər Birliyi və "Orxun Mübadilə Proqramı" türk dövlətləri arasında təhsil diplomatiyasını yeni bir mərhələyə daşıyıb. Lakin rəqəmsallaşma və süni intellekt çağında türk dünyasının texnoloji yenilikləri təhsil siyasətinə inteqrasiya etməsinə ehtiyac duyulur", - deyə STM İdarə Heyətinin sədri qeyd edib.

Öz növbəsində, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev çıxış edərək qeyd edib ki, Beynəlxalq Türk Akademiyası Türk dövlətləri başçılarının qərarı ilə yaradılmış Türk Əməkdaşlıq Təşkilatlarından biridir.

O bildirib ki, Akademiyanın başlıca missiyası elm və təhsil sahəsində Türk dövlətlərinin inteqrasiyası prosesinə xidmət etmək, bu sahədə ortaq platformların yaradılması və müxtəlif beynəlxalq və regional layihələrin həyata keçirilməsindən ibarətdir:

"Öz fəaliyyətini Türk dövlət başçılarının göstərişləri və təlimatları istiqamətində, "Türk Dünyası 2040 Vizyonu" adlı strateji sənədin qoyduğu hədəflər çərçivəsində quran Beynəlxalq Türk Akademiyası türk dövlətləri arasında elm və təhsil sahələrində əməkdaşlığın həyata keçirilməsi üçün öz səylərini əsirgəmir. Məlumat üçün qeyd edim ki, hal-hazırda Akademiya tərəfindən qırxa yaxın iri və orta həcmli beynəlxalq layihələr həyata keçirməkdədir ki, bunlar da Türk xalqlarının ortaq tarixi, mədəniyyəti və dillərini əhatə edir. Bunlarla yanaşı, təbii ki, Türk dövlət başçıları tərəfindən Zirvə Görüşlərində gündəmə gətirilən və Türk dünyası üçün aktual olan praktik məsələlərin elmi müstəvidə tədqiqi də Beynəlxalq Türk Akademiyasının fəaliyyətində önəmli yer tutmaqdadır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusilə vurğuladığı məsələlər arasında Azərbaycanda və digər Türk dövlətlərində su problemi, və ya qida təlükəsizliyi məsələsi və digər bu kimi məslələlər də diqqət mərkəzimizdədir. Və Akademiya bu sahədə illik regional hesabatlar hazırlayıb dövlət başçılarımızın və müvafiq dövlət orqanlarının diqqətinə təqdim edir. Bu baxımdan Beynəlxalq Türk Akademiyasının son illər həyata keçirdiyi önəmli layihələrdən biri "Türk Barometri" adlanır. Bilindiyi kimi, "barometer" layihələr dünyada tanınan bir brenddir. Məsələn, "Eurobarometer" və ya "Balcanbarometer" Avropada və ya Balkanlarda ictimai rəyin öyrənilməsi üçün populyar layihələrdir".

Ş. Mustafayev qeyd edib ki, Türk Akademiyasının həyata keçirdiyi "Türk Barometri" layihəsi sosioloji tədqiqat yolu ilə türk ölkələri arasında mövcud inteqrasiya prosesləri ilə bağlı cəmiyyətin rəyləri və gözləntilərinin müəyyən edilməsi məqsədi ilə aparılır.

"Bu araşdırma həmçinin, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə əhalinin sosial-mədəni tendensiyalarının öyrənilməsi, milli kimlik, ekoloji məlumatlılıq, sosial həmrəylik və etimad səviyyələrinin müqayisəli təhlil yolu ilə ölçülməsində mühüm vasitədir. Keçən il apardığımız "Türk Barometr 2023" tədqiqatı müxtəlif türk toplumlarında Türk dünyasının yaxınlaşma və əməkdaşlıq prosesinə necə münasibət bəsləndiyinin oyrənilməsi məsələsinə həsr olunmuşdur. Hazırki "Türk Barometri 2024" tədqiqatında isə türk dövlətləri arasında mövcud elm və təhsil əməkdaşlığına dair aktual məsələlər tədqiq olunur. Hər zaman olduğu kimi, bu ilki tədqiqat da Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədə aparılmış. Bu araşdırmalar hər türk dövlətində müvafiq ixtisaslaşdırılmış elmi qurumların köməkliyi ilə, o cümlədən Azərbaycanda "Sosial Tədqiqat Mərkəzi" ilə əməkdaşlıq şəraitində həyata keçirilmişdir. Tədqiqatda anket sorğusu metodu ilə Türk dövlətlərinin orta və ali təhsil müəssisələrində çalışan 4131 nəfər professor və müəllimin və ümumi sayı 156 nəfər olan türk dövlətlərinin aparıcı universitetlərinin rektorları, nüfuzlu alimləri və təhsil ekspertlərinin rəyi öyrənilmişdir. Əldə olunmuş sorğu məlumatları və ekspert rəyləri əsasında bir sıra təkliflər təqdim olunmuşdur. Beləliklə, bu tədqiqatın nəticələri uzun illərdir türk dövlətləri arasında təhsil və elmi əməkdaşlıq sahəsində həyata keçirilən fəaliyyətin dolğun bir mənzərəsini müəyyən etməyə imkan yaradır", - o əlavə edib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Aprel 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri