Icma.az
close
up
RU
“Türk Barometri 2024” Konfransı: Türk dövlətləri təhsil və elm sahəsində birgə gələcək qurur

“Türk Barometri 2024” Konfransı: Türk dövlətləri təhsil və elm sahəsində birgə gələcək qurur

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 aprel, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Türk Dövlətləri Təşkilatının himayəsində yaradılan Beynəlxalq Türk Akademiyası tərəfindən "Türk Dünyası 2040 Vizyonu" sənədində göstərilən hədəflərə uyğun olaraq üzv ölkələr arasında hər il “Türk Barometri” adlı genişmiqyaslı beynəlxalq tədqiqat həyata keçirilir. Bu tədqiqatın Azərbaycan üzrə icraçısı Sosial Tədqiqatlar Mərkəzidir.

AZƏRTAC xəbər verir ki, aprelin 21-də Bakıda Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Türk Barometri 2024 - Türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: Mövcud reallıqlar və gələcəyə baxış” adlı elmi-sosioloji tədqiqat layihəsinin nəticələrinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

“Türk Barometri” tədqiqatının Azərbaycan üzrə icraçısı olan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc bildirib ki, müasir dövrdə elm və təhsil sahəsində əməkdaşlığın bu cür elmi-sosioloji tədqiqatlarla müəyyənləşdirilməsi türk dövlətləri arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir: “Millətlərarası və regional ictimai fikrin öyrənilməsi, müqayisəli təhlillərinin aparılması siyasi elitalarımız, akademik çevrələrimiz və beyin mərkəzlərimiz üçün xüsusi önəm daşıyır. Türk Akademiyasının “Türk Barometri” layihəsi tarixi bir missiyanı - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı, bir sözlə Türk coğrafiyasını elmi baxımdan hərtərəfli araşdıraraq və strateji məqsədlər naminə dərindən öyrənərək, gələcəyin yol xəritəsini hazırlayır”.

Bildirib ki, milli suverenliklərə yönələn saxta informasiya hücumlarını, beyinləri yumaq cəhdlərini, dezinformasiya təbliğatını Vətən müharibəsi nümunəsində vahid media səngərində aşdığımız kimi, qərbmərkəzli elm və təhsil məkanlarında tarixi şüura, milli mədəniyyətə, dəyərlərə və ənənəvi ailə quruluşuna yönələn hücumları da birgə təhsil, gənclər, ailə siyasətləri ilə dəf edə bilərik: “Təklif edirik ki, Heydər Əliyev adına təqaüd proqramı ilə Qarabağ universitetində Türk Dünyası Elm Mərkəzi yaradılsın. Qafqazın Konservatoriyası hesab olunan bir məkanda Türk Dünyası Ali Musiqi Məktəbi inşa oluna, Xankəndidə qədim və müasir türk dövlətlərinin bayraqları asıla bilər”.

Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev aparılmış tədqiqatın Türk dövlətləri arasında mövcud elm və təhsil əməkdaşlığına dair aktual məsələlərin geniş miqyasda tədqiq olunduğunu deyib. Bu tədqiqatın nəticələrinin uzun illərdir türk dövlətləri arasında təhsil və elmi əməkdaşlıq sahəsində həyata keçirilən fəaliyyətlərin dolğun mənzərəsini müəyyənləşdirməyə imkan yaratdığını qeyd edən Ş.Mustafayev türk dövlətlərinin ortaq təhsil və elm siyasətini inkişaf etdirərək regional və qlobal miqyasda daha güclü olmasının zəruriliyini vurğulayıb. Akademik öz çıxışında, həmçinin araşdırma nəticələrindən danışaraq təhsil və elm sahəsində əməkdaşlığın sürətləndirilməsi üçün ortaq türk ədəbi dilinin yaradılmasının əhəmiyyəti, ali təhsil diplomlarının və elmi adların qarşılıqlı tanıması və ekvivalentliyi ilə bağlı prosedur qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərin mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Çıxışlardan sonra elmi-sosioloji tədqiqatın nəticələri türk dövlətlərindən olan tədqiqat qrupunun üzvləri tərəfindən konfrans iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, ötən il Sosial Tədqiqatlar Mərkəzinin iştirakı ilə aparılan “Türk Barometri 2024: Türk dövlətlərində təhsil sahəsində əməkdaşlığa münasibət” adlı tədqiqatın nəticələrinə dair hesabatda elm adamlarının, müəllimlərin və təhsil siyasətini formalaşdıran şəxslərin baxışları nəzərə alınaraq, türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıqla bağlı mövcud yanaşmalar təhlil edilib. Bundan əlavə, tədqiqat çərçivəsində ortaq təhsil və elm siyasətinin formalaşdırılması, türk dövlətləri arasında ortaq tədris proqramlarının hazırlanması, akademik, müəllim və tələbə mübadilə proqramlarının təşkili, elmi tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də təhsil proqramlarının hazırlanması istiqamətlərində birgə əməkdaşlığa dair ictimai meyillər araşdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri