Icma.az
close
up
RU
Bakıda tutulan ukraynalı kriminal avtoritetin gizli dosyesi Oleq əslində kimdir?

Bakıda tutulan ukraynalı kriminal avtoritetin gizli dosyesi Oleq əslində kimdir?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ukaynalı kriminal avtoritet Oleq Krapivin (“Oleq Bakinski”) cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalından buraxılıb. Səbəb kimi isə səhhətindəki problemlər göstərilib.

Ev dustaqlığına buraxılan Oleq Bakinski kimdir? Krapivin cinayətkar aləminin “sonuncu mogikanı” adlandırıla bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Elçin Alıoğlu deyib ki, Oleq Krapiv vaxtilə idmançı olub və daha sonra ictimai fəaliyyət göstərib:

“O, Şamaxının Şəhriyar kəndində doğulub, sonra Bakıya köçüb, sərbəst güləşlə məşğul olub. Veteranlar arasında İstanbulda dünya çempionu titulunu qazanıb. Oleq 1980-ci illərdən bəri Kiyevdə yaşayır və Ukraynadakı Azərbaycan diasporunda kifayət qədər tanınan önəmli şəxslərdən biri idi. Lakin onun fəaliyyəti sadəcə idman və ya ictimai fəaliyyətlə məhdudlaşmayıb. Onun postsovet məkanındakı geniş kriminal dairələrlə sıx əlaqələri olub. Məndə olan məlumatlara görə, Oleq Bakinski Ukraynada olanda kriminal aləmdə “Avdış” ləqəbi ilə tanınan və milliyyətcə assiriyalı olan Viktorun qruplaşması ilə də əlaqədə idi.  Beş il əvvəl, Kiyev Krapivin yaşama iznini ləğv etdi və ölkəyə girişi qadağan olundu. O, Ukraynada ictimai-siyasi vəziyyəti destabilizasiya etməkdə, habelə, Rusiya ilə əlaqədə ittiham edildi. 2024-cü ilin iyulunda Oleq Bakıda silah qismində istifadə edilmiş alətdən yararlanaraq, Rusiya vətəndaşına qarşı xuliqanlıq etmək günahı ilə tutuldu. Daha sonra onun əleyhinə xüsusilə, maddi itkiyə səbəb ola biləcək saxtakarlıq ittihamları irəli sürdü. Bu ilin mayında Krapivin ev dustaqlığına keçirilməsi ilə bağlı vəsatəti təmin edildi”.

Elçin Alıoğlu

E.Alıoğlu bildirib ki, onun taleyinin necə olacağı məhkəmənin gedişatından asılıdır:

“Krapiv kriminal aləmdə yetərincə tanınır. Üstəlik, özü ilə bərabər, oğlu da beynəlxalq axtarışa verilib. Oleqin qohumu Əsgər haqqında Ukraynada cinayət işi qaldırılıb. Yəni Azərbaycanla yanaşı, Ukraynada da hazırda ibtidai istintaqla bağlı araşdırmalar gedir. Ümumiyyətlə, Oleq Bakinski birmənalı şəkildə dəyərləndirilə biləcək adam deyil. Fikrimcə, Ukraynada ona qarşı irəli sürülən ittiham çox ağırdır. Oleq işğalçı strukturlara dəstək verməkdə günahlandırılır. Bu isə avtomatik olaraq, onun fiquruna siyasi kölgə salır. Ümumiyyətlə, onu Ukraynada “kölgə biznesmeni”, “kriminal aləmin tanınan adamı”, “keçmiş idmançı” kimi tanıyırlar. 1990-cı illərin simvollarından biridir, özünə “avtoritet” deyir”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 May 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri