Icma.az
close
up
RU
Bakıda Ulu Öndərin anadan olmasının 102 ci il dönümünə həsr olunmuş Turan Kuboku na yekun vurulub

Bakıda Ulu Öndərin anadan olmasının 102 ci il dönümünə həsr olunmuş Turan Kuboku na yekun vurulub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 2 iyun, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Bakı şəhər Gənclər və İdman İdarəsinin, Milli İdman Növləri Assosiasiyasının, Beynəlxalq və Avropa Kəndirlə Mübarizə Federasiyasının dəstəyi, həmçinin Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş kəndirlə mübarizə idman növü üzrə 1-ci "Turan Kuboku" turniri başa çatıb.

Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, yarışdan əvvəl Beynəlxalq Kəndirlə Mübarizə Federasiyasının birinci vitse-prezidenti Pete Dyer və Avropa Kəndirlə Mübarizə Federasiyasının prezidenti Ralf Braununqer, Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov, Avropa Kəndirlə Mübarizə Federasiyasının birinci vitse-prezidenti və Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin prezidenti Elnur Şıxəliyev turnirin əhəmiyyətindən söz açıblar.

Elnur Şıxəliyev "Turan Kuboku" turniri layihəsinin hər il türkdilli ölkələrdən birində keçiriləcəyini bildirib və növbəti il üçün xüsusi hazırlanmış simvolik açarı Türkiyə Kəndirlə Mübarizə Federasiyasının prezidenti Eray Aldəmirə təqdim edib. O, həmçinin turnir üçün hazırlanmış xalçaları qonaqlara hədiyyə edib.

Yarışda 23 yaşa qədər oğlanların mübarizəsində Azərbaycan 1-ci, Türkiyə 2-ci, Pakistan 3-cü olub. 23 yaşa qədər qarışıq (mixed) kateqoriyada Qazaxıstan 1-ci, Azərbaycan 2-ci, Türkiyə 3-cü yerə layiq görülüb. Kişilərin mübarizəsində Qazaxıstan 1-ci, Pakistan 2-ci, Azərbaycan 3-cü yeri tutub. Böyüklərdə qarışıq (mixed) kateqoriyanın qalibi Qazaxıstan, 2-ci yerin sahibi Azərbaycan və 3-cü yerin sahibi İran komandası olub.

Fərqlənən komandalara Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplomlar, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyi tərəfindən yarış üçün xüsusi hazırlanmış medal və kuboklar təqdim olunub.

Qeyd edək ki, turnirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Pakistan, Hindistan, İran, Gürcüstan, Səudiyyə Ərəbistanı, Sudan və Cənubi Afrika Respublikası komandaları iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri