Icma.az
close
up
RU
Ulu Öndərin anadan olmasının 102 ci ildönümünə həsr edilən tədbir keçirilib

Ulu Öndərin anadan olmasının 102 ci ildönümünə həsr edilən tədbir keçirilib

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Nazir Anar Əliyev Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanı o zamankı ittifaq məkanında geridə qalan aqrar respublikalar sırasından dinamik inkişaf edən qabaqcıl respublikalar sırasına çıxardığını vurğulayıb. Bildirib ki, Ulu Öndərin 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edib.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ölkəmizin sosial inkişaf strategiyasını da formalaşdırdığını diqqətə çatdıran nazir qeyd edib ki, Ulu Öndərin müəllifi olduğu, 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında da Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunub. Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində Azərbaycan mühüm tarixi nailiyyətlərə imza atıb, möhtəşəm tarixi Zəfər qazanıb.

Dövlətimizin başçısının tapşırıqları əsasında son illər icra olunan ardıcıl sosial islahatların uğurlarını diqqətə çatdıran Anar Əliyev Ulu Öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının nazirlik üzrə Yasamal rayonu, Salatın Əsgərova 85 ərazi partiya təşkilatının fəaliyyətini qeyd edib.

Nazirliyin Aparatında və tabeliyindəki qurumlarda 96 ərazi partiya təşkilatının yaradıldığı, nazirlik sistemi üzrə YAP üzvləri olan əməkdaşların sayının 5 min 500-ə yaxın olduğu bildirilib.

Tahir Budaqov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib. O, hələ sovet dövründə Ulu Öndərin gördüyü böyük işlərin Azərbaycanın sonralar müstəqil dövlət kimi inkişaf etməsində mühüm rola malik olduğunu, respublikamıza rəhbərliyə qayıtdıqdan sonra müstəqil Azərbaycan dövlətini quraraq onu uzunmüddətli tərəqqi yoluna çıxardığını qeyd edib.

Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycan nəinki regionda lider dövlətdir, həmçinin böyük bir coğrafiyanı əhatə edən məkanda söz sahibi kimi böyük nüfuza malikdir.

Sonra nazirlik sistemində çalışan əməkdaşlardan daha 144 nəfərə YAP-ın üzvlük vəsiqələri təqdim olunub.

Partiyaya yeni üzv qəbul olunan əməkdaşlar göstərilən yüksək inam və etimada görə minnətdarlıqlarını ifadə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 May 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see211

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see203

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see192

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see175

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see158

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see144

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see138

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see137

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see134

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see133

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see131

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see130

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see128

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see127

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see126

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see125

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see123

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see123

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see121

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri