Icma.az
close
up
RU
Bakıda Ürək Günləri başlayır

Bakıda Ürək Günləri başlayır

Medicina saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 16-18 may 2025-ci il tarixlərdə "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri" doqquzuncu Beynəlxalq Konqresini təşkil edəcək.

"Medicina" xəbər verir ki, Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.

"Bakı Ürək Günləri" doqquzuncu Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.

"Bakı Ürək Günləri" Beynəlxalq Konqresinin hər dəfə olduğu kimi bu il də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunduğunu, dünyanın ən məşhur kardiocərrahlarından biri Böyük Britaniyadan olan prof. dok. David Taggartın konqresin fəxri qonağı olacağını deyən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev konqres çərçivəsində əməliyyatxanadan birbaşa bağlantı ilə ürək əməliyyatının canlı yayımının təşkil olunacağını da bildirib:

"Dünya yenilənir, rəqəmsallaşma günü-gündən həyatımıza müxtəlif formada öz təsirini göstərir. Biz də ötən konqresimizdə ilk dəfə olaraq metavers sessiya təşkil etmişdik. Bu dəfə isə əməliyyatxanadan birbaşa bağlantı ilə konqres iştirakçılarına ürək əməliyyatının canlı yayımını edəcəyik.

İştirakçılar əməliyyatın gedişini canlı izləyəcək, suallarını verə biləcəklər. Bundan başqa, gənc mütəxəssislər üçün təşkil olunacaq praktiki məşğələlər onların təcrübələrinin artırılmasına dəstək olacaq, "Bakı Ürək Günləri"nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda, konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək".

Konqresin proqramına əsasən, 16 may tarixində gənc ürək-damar cərrahları üçün "EVAR-TEVAR" mövzusunda ekspert görüşü, mitral qapaq təmiri və cərrahi anastomoz kursu, tibb bacıları və perfüzionistlər üçün öyrədici kurslar təşkil ediləcək.

Konqres zamanı Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilmiş Türk Dünyası ürək-damar cərrahiyyəsi Birliyinin Zirvə toplantısı da təşkil olunacaq.

17-18 may tarixlərində isə dünyanın 15-ə yaxın ölkəsindən kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirəsi baş tutacaq. Proqramda həmçinin, Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi, Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti ilə ortaq sessiyaların keçirilməsi də nəzərdə tutulub.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Ramil Əliyev bildirib ki, "Bakı Ürək Günləri" doqquzuncu Beynəlxalq Konqresinin Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasına müraciət edilib:

"Konqresdə iştirak etmək istəyən mütəxəssislər www.bakuheartdays.az saytına daxil olaraq qeydiyyatdan keçə, həmçinin elmi məqalələrini göndərə bilərlər. Toplanmış elmi məqalələr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dövri nəşrlər siyahısında olan "Azərbaycan Ürək və Damar Cərrahiyyəsi" elmi jurnalında dərc ediləcək".

Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri" Beynəlxalq Konqresini təşkil edir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 25 Fevral 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see342

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see278

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see275

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see267

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see245

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see204

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see203

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see178

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see176

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see172

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see170

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see168

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see168

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see167

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see157

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see156

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see153

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see152

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see146

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri