Icma.az
close
up
RU
“Bakı Ürək Günləri” keçiriləcək

“Bakı Ürək Günləri” keçiriləcək

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Bakı daha bir beynəlxalq konqresə ev sahibliyi edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən 16-18 may tarixlərində keçiriləcək.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Bakı Ürək Günləri” sayca 9-cu konqresdir.

AÜDCC-nin fəxri sədri, Prof.dr. Kamran Kazım oğlu Musayev Bakıvaxtı.az-a bildirib ki, Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi davamı kimi prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi ölkədə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin belə sürətli inkişafına imkan yaradıb. Onun sözlərinə görə, kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafına böyük töhfə olan bu konqreslərə beynəlxalq ictimaiyyətin marağının artması doğru yolda olduqlarını göstərir.

"Biz konqresin proqramını hazırlayarkən həm də kardiologiya və ürək-damar cərrahiyyəsinin ən mübahisəli problemlərini əhatə etməyə və konqresin yüksək elmi-praktik səviyyədə keçirilməsinə çalışmışıq. Ənənəvi olaraq həm yerli, həm də xarici mütəxəssislər öz məqalə və tezislərini elektron şəkildə göndərə biləcəklər. Bu tezislər konqresin xüsusi elektron kitabçasında çap olunacaq və bütün iştirakçılar üçün əlçatan olacaq. Dünyanın ən görkəmli mütəxəssisləri ilə birgə aparacağımız mübahisəli xəstələr üzərində cərrahiyyə əməliyyatlarının canlı yayımlanması “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin elmi-praktik əhəmiyyətini artıracaq. İnanıram ki, praktiki kurslar da gənc həmkarlarımız üçün xüsusilə faydalı olacaq".

Nəzərə çatdırıb ki, bu konqres azərbaycanlı mütəxəssislərə kardiologiyanın ən son nailiyyətlərini dünyanın aparıcı mütəxəssisləri ilə müzakirə etməyə imkan verəcək:

"Sosial proqramımız vasitəsilə xarici qonaqlarımız Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq şansı əldə edəcəklər. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri kimi həm şəxsən, həm də konqresin təşkilat komitəsinin üzvləri adından kardiologiya və ürək-damar cərrahiyyəsi üzrə həmkarlarımı 2025-ci ilin may ayında keçiriləcək “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinə dəvət edirəm".

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Aprel 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri