Icma.az
close
up
RU
Bakı ürək günləri...

Bakı ürək günləri...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Təməlində xoş məram, humanizm çağırışları, insanlara qayğı dayanan təşəbbüslər uzunömürlü olur. “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin ənənəyə çevrilməsi də sevindirici haldır. Hər iki ildən bir keçirilən bu Konqres Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunur.

Bu günlərdə Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi uğurla baş tutub. Tədbirin açılışında Prezident İlham Əliyevin 9-cu Beynəlxalq Konqresin iştirakçılarına ünvanladığı müraciət oxunub.

Xüsusi məna daşıyan tədbir

Konqresə ümumilikdə 20-dən artıq ölkədən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrah qatılıb. İki gün ərzində 21 elmi sessiyada kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklər müzakirə edilib.

Beynəlxalq səviyyədə tanınan “Bakı Ürək Günləri” Konqresinin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunması təsadüfi deyil. Bunun xüsusi məna daşıdığını bildirən Prezident İlham Əliyev “Ulu Öndər bütün fəaliyyəti boyu ölkəmizin səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi və yüksək standartlar səviyyəsində qurulması işinə dəyərli töhfələr vermişdir”, - deyə vurğulayıb.

Konqres çərçivəsində aparılan müzakirələrdə böyük siyasətçi Heydər Əliyevin keçmiş sovet dönəmində və müstəqilliyimizin ilk illərində respublikamızda səhiyyə sisteminin inkişafı üçün gördüyü genişmiqyaslı işlər xatırlanıb. Məhz Onun təşəbbüsü və fəal səyləri sayəsində hələ sovet dövründə Azərbaycanda bir çox xəstəxanalar, poliklinikalar açılıb, yüzlərlə gənc Sovet İttifaqının aparıcı mərkəzlərinə təhsil almağa göndərilib, ölkəmizdə elm və təhsil ocaqları yaradılıb. Elmi-Tədqiqat və Kardiologiya İnstitutunun yaradılması birbaşa Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb və onun iştirakı ilə açılışı keçirilib. “Azərbaycanın mürəkkəb dövründə - 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdanda yenə də həmin vaxtın bir çox problemləri arasında səhiyyə və tiblə bağlı məsələlərə böyük diqqət yetirildi. Ölkəmizdən qardaş Türkiyəyə təhsil almağa yüzlərlə gənc, tələbə göndərildi. Onların bir qismi tibb sahəsi üzrə idi və bəziləri sonradan cərrahiyyə ixtisası üzrə inkişaf edib ölkəyə qayıdıblar. Həmin o tələbələrdir ki, sonradan müstəqil Azərbaycanda milli kardiocərrahiyyənin əsasını qoydular, onu inkişaf etdirdilər. İndi həmin şəxslər bizim hörmətli professorlarımızdır və onların tələbələri var. Bunlar hamısı ölkəmizdə kardiocərrahiyyəni irəli aparan qüvvədir”, - deyə səhiyyə nazirinin müavini Nadir Zeynalov konqresdə çıxışında vurğulayıb.

Ölkəmizdə ürək-damar xəstəliklərinin ən müasir cərrahi üsullarla müalicəsi üçün lazımi şərait var

Sonrakı mərhələdə bütün istiqamətlərdə Heydər Əliyev siyasətinin varisliyini yüksək səviyyədə təmin edən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə genişməzmunlu səhiyyə islahatları reallaşdırılıb. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu sahədə ardıcıl olaraq yeni-yeni layihələr reallaşdırılır.  Bütün ölkə boyunca müasir səhiyyə infrastrukturunun formalaşması məmnunluq doğurur. “İndi ölkəmizdə təbabətin müxtəlif sahələrinin inkişafı, o cümlədən kardiologiya elminin son yeniliklərindən bəhrələnməklə ürək-damar xəstəliklərinin ən müasir cərrahi üsullarla müalicəsi üçün lazımi şərait vardır. Dünyanın məşhur ürək mərkəzlərində aparılan mürəkkəb əməliyyatların yerli mütəxəssislərimiz tərəfindən uğurla gerçəkləşdirilməsi sevindirici haldır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bu gün təkcə Bakıda 20-yə yaxın mərkəzdə açıq ürək-damar cərrahiyyəsi icra olunur. Sevindirici haldır ki, bölgələrdə də ürək mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə həm müasir invaziv kardiologiya, həm də ürək və damar cərrahiyyəsi yüksək peşəkarlıqla həyata keçirilir.

Xüsusilə də icbari tibbi sığortanın tətbiqi digər istiqamətlər kimi, kardiologiya sahəsinin inkişafına da müsbət təsir göstərib. Son illərdə icbari tibbi sığortanın tətbiqi və kardioloji xidmətlərin əlçatanlığı 3 dəfə artıb. Nəticə olaraq ölkəmizdə ürək-damar xəstəliklərindən ölüm 100 min nəfərə görə 12 faiz azalıb. 

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 May 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri