Bakıda və Abşeron yarımadasında faktiki hava durumu açıqlanıb
Icma.az bildirir, Operativmedia portalına istinadən.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova "Operativ Media"ya bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81%-ni təşkil edir.
Onun sözlərinə görə, yağıntılı hava şəraitinin dekabrın 9-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.

