Bakıda WUF13 Festivalına yekun vuruldu
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə təşkil olunan festivala Bakıda yekun vurulub.
"Unikal" xəbər verir ki, WUF13 Festivalının axşam proqramı Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında keçirilib.
Tədbirdə çıxış edən “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov tədbir iştirakçılarına festivalın məqsədi, əhatə dairəsi və tədbir proqramı haqqında geniş məlumat verib.
İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
Tədbir konsert proqramı ilə davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 13 May 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















