Icma.az
close
up
RU
Bakıda xəstəlik yayan tibbi maskalar satılır? İDDİA

Bakıda xəstəlik yayan tibbi maskalar satılır? İDDİA

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda apteklərdə rəng dəyişdirən tibbi maskalar satılır.

Moderator.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Belə ki, Fatimə Məmmədli adlı sosial şəbəkə istifadəçisinin iddiasına görə, aptekdən aldığı ağ rəngli tibbi maska istifadədən sonra qırmızı rəngə boyanıb. O, tibbi maskanın fotosunu paylaşaraq bu sözləri yazıb və həkimlərdən məsləhət istəyib:

“Salam qrup üzvləri və həkimlərimiz. Paylaşdığım şəkil aptekdən aldığımız maskadır. Bu gün taxmışıq, bu niyə qırmızıdır. Pomada deyil, üzümüz qırmızı olub, sanki qırmızı ruçka ilə üzümüzü yazıblar. Spirt ilə silirik, getmir. Deyin görək bu nədir”.

Paylaşıma tibb işçiləri tərəfindin fikir bildirilməsə də, əksər sosial şəbəkə istifadəçisi, tibbi maskaların keyfiyyətsiz materialdan hazırlandığını və birbaşa xəstəlik mənbəyi olduğunu iddia edib.

Paylaşıma, “Üz maskasının nəfəs aldığınız hissədə çəhrayı rəngə boyanması bir az qəribə görünə bilər, amma bunun bir neçə məntiqli izahı var. Əsas səbəblər bunlardır: Serratia Marcescens (Çəhrayı Bakteriya) Bu, ən geniş yayılmış səbəbdir. Serratia marcescens adlı bakteriya rütubətli və isti mühitləri çox sevir. Səbəb: Nəfəs aldığınız zaman maska isinir və nəmlənir. Bu, bakteriyanın artması üçün ideal şəraitdir. Nəticə: Bu bakteriya prodigiosin adlı çəhrayı/qırmızı piqment ifraz edir. Eyni rəngi bəzən hamam otağındakı kafel aralarında da görmək olar”, “İnternetdə axtarış etdim, yazılıb ki maskanın materialından ola bilər, yəqin ki keyfiyyətsiz materialdan hazırlanıb. Sadəcə atın, yenidən istifadə etməyin”, “Bu maskaların özü elə xəstəlikdir” kimi şərhlər yazılıb.

Hətta tibbi maskadan üzünə ləkə düşdüyünü belə, idda edənlər olub. “5 ildir maskanın  yaratdığı ləkədən  qurtula bilmirəm. Allah bəlalarını versin!!!”, “Mənim isə dodağımın qırağında ağ ləkə yarandı, 5 kurs malicə ilə keçmədi, həkimlər də bilmədi” - deyə bəzi şəxslər qeyd edib.

Qeyd edək ki, bu hal tibbi maska ilə bağlı ilk idda deyil. Koronavirus pandemiyası zamanı istifadəsi məcburi olandan sonra zaman-zaman tibbi maskanın  keyfiyyəti ilə bağlı müxtəlif iddialar ortaya atılıb.

Zəhra 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Yanvar 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri