Icma.az
close
up
RU
Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir

Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Ötən ilin oktyabrında Bakıda güclü yağışlar zamanı küçələrdə, tunellərdə sel sularının altında qalan avtomobillərə də ciddi ziyan dəymişdi. Onlardan biri də 77-FQ-157 dövlət-qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobil olub.

Bizimyol.info xəbər verir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında düşdüyü sel sularından ziyan çəkən avtomobilin sahibi ziyanın ödənilməsi üçün sığorta şirkətinə müraciət edib. Həmin dövrdə avtomobil sığortalı olub.

Hadisə vaxtı sürücü baş verənlər barədə sığorta şirkətinə dərhal məlumat verib. Qarşı tərəf avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə dair hesabat tərtib edib. Hesabata görə, avtomobilə dəymiş zərərin ümumi məbləği 1017 manat olub.

Lakin sığorta şirkəti zərəri ödəməkdən imtina edib. İddia edib ki, araşdırma aparıblar və belə nəticəyə gəliblər ki, avtomobilin sürücüsü – sahibi hadisə vaxtı hadisənin – zərərin qarşısını ala bilərdi, lakin bunu eləməyib. Başqa sözlə, qəsdən maşını su gölməçəsinin içinə sürüb, nəticədə avtomobilə ciddi ziyan dəyib.

“Bakıda yağan leysan yağışları nəticəsində “Koroğlu” metrostansiyasına yaxın ərazidə sel suları əmələ gəlmişdi. Həmin sel sularının yaratdığı maneə nəticəsində o yoldan keçmək qeyri-mümkün idi. Yolda sel sularının səviyyəsini də dəqiq müəyyən etmək mümkün deyildi. Başqa alternativ yol olmadığından və işə getmək vacib olduğundan həmin yoldan keçmək məcburiyyətində qaldım. Nəticədə o yoldakı sel suları avtomobilimə ciddi zərər yetirdi. Baş vermiş hadisə avtomobilimdə quraşdırılmış videoqeydiyyat funksiyasına malik kamera vasitəsilə qeydiyyata alınıb.

Sığorta şirkəti iddia edir ki, su gölməçəsinə daxil olub hərəkəti davam etdirməyim, avtomobilimə ziyan dəyməsi mənim tərəfimdən qəsdən edilmiş hərəkətdir. Bu əsasla da sığorta ödənişindən imtina olunur. Bu isə tam absurddur. Avtomobil yenidir və təbii ki, mən öz avtomobilimə ziyan vurmaq niyyətində ola bilməzdim. Baş vermiş vəziyyət təbiət hadisəsidir. Sığorta müqaviləsində sığorta təminatı kimi sel, daşqın və s. hallar nəzərdə tutulub. Bu səbəbdən də sığorta ödənişini verməkdən imtina tam əsassız və qanunsuzdur”.

Məhkəmə avtomobil sahibinin iddiasını təmin edib. Qərar verilib ki, sığorta şirkəti güclü yağışlar nəticəsində avtomobilə dəymiş 1017 manatlıq ziyanı ödəsin.

Şirkət bu qərardan apellyasiya şikayəti versə də, nəticə dəyişməyib – qərar qüvvədə saxlanılıb.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Sentyabr 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri