Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Bakıda yaranmış 1 əsrlik dil və kimlik strategiyası

Bakıda yaranmış 1 əsrlik dil və kimlik strategiyası

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Antalya Forumu: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına

Müasir beynəlxalq münasibətlər sistemində regional təşkilatlar geosiyasi identikliyin formalaşdırılması və kollektiv strateji davranışın institusionallaşdırılması vasitəsinə çevrilir. Bu kontekstdə Türk Dövlətləri Təşkilatı (TDT) postsovet məkanında və Avrasiya geosiyasətində nadir inteqrasiya modelini təmsil edir. Birliyin təşəkkülündə və transformasiyasında Azərbaycanın oynadığı rol isə normativ və strateji liderlik səviyyəsinə yüksəlib.

Türk Dövlətləri Təşkilatının təməlinin Naxçıvanda qoyulması dərin geosiyasi və ideya-strateji məzmun daşıyır. Naxçıvan Bəyannaməsi, əslində, postsovet məkanında yeni bir inteqrasiya modelinin ilkin konturlarını müəyyənləşdirdi. Həmin model klassik regional təşkilatlardan fərqli olaraq yalnız iqtisadi və ya təhlükəsizlik maraqları üzərində deyil, ortaq tarixi-mədəni identikliklə siyasi praqmatizmin sintezində qurulmuşdur. Məhz bu sintez TDT-ni digər regional formatlardan fərqləndirən əsas xüsusiyyət kimi çıxış edir.

Azərbaycanın bu prosesdəki rolu normativ çərçivəni formalaşdıran və istiqamət verən aktor kimi xarakterizə olunmalıdır. Coğrafi mövqe – Şərq ilə Qərb arasında körpü funksiyası – Bakıya obyektiv üstünlük versə də, bu üstünlüyün real siyasi kapitala çevrilməsi yalnız məqsədyönlü strategiya nəticəsində mümkün olub. Azərbaycan bu potensialı düzgün qiymətləndirərək onu inteqrasiya təşəbbüsləri ilə uzlaşdırdı və nəticədə Naxçıvanda qoyulan təməl tədricən funksional əməkdaşlıq platformasına transformasiya olundu.

Sonrakı mərhələdə Bakının əsas uğuru təşkilatı deklarativ əməkdaşlıq çərçivəsindən çıxararaq praktik mexanizmlərlə zənginləşdirməsi oldu. Mövcud transformasiya üç paralel istiqamətdə həyata keçirildi. Birincisi, siyasi koordinasiya dərinləşdirildi. Dövlət başçıları səviyyəsində müntəzəm dialoq, ortaq mövqelərin formalaşdırılması və beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyin artması TDT-ni siyasi baxımdan daha hərtərəfli struktura çevirdi. İkincisi, iqtisadi qarşılıqlı asılılığın artırılması strateji prioritet kimi önə çəkildi. Burada məqsəd struktur xarakterli bağlılıqların yaradılması idi. Nəqliyyat dəhlizləri, enerji layihələri və investisiya mexanizmləri vasitəsilə üzv dövlətlər arasında qarşılıqlı maraqlar sistemi formalaşdırıldı. Üçüncüsü, mədəni yaxınlaşmanın institusionallaşdırılması prosesi xüsusi diqqət çəkir. Əgər ilkin mərhələdə ortaq identiklik daha çox simvolik səviyyədə təqdim olunurdusa, sonrakı dövrdə bu identiklik konkret institutlar və proqramlar vasitəsilə möhkəmləndirilməyə başlandı. Təhsil, elm və humanitar əməkdaşlıq sahələrində yaradılan mexanizmlər uzunmüddətli perspektivdə inteqrasiyanın sosial bazasını formalaşdırır.

Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər məhz bu üç istiqamətin sinxron inkişafını təmin etməklə fərqlənir. Onun yanaşması siyasi dialoq iqtisadi layihələrlə, iqtisadi əməkdaşlıq isə mədəni-humanitar əlaqələrlə tamamlanır. Azərbaycan liderliyinin əsas fərqləndirici cəhəti onun ideoloji diskursu praktik siyasət alətləri ilə uzlaşdırmaq qabiliyyətində üzə çıxır. Beynəlxalq münasibətlərdə tez-tez müşahidə olunan problem – normativ ritorikanın real siyasətdən qopması – Bakı nümunəsində nisbətən aradan qaldırılmış görünür.

Azərbaycanın TDT çərçivəsində artan fəallığını institusional diplomatiyanın məqsədyönlü tətbiqində də görürük. Başqa sözlə, Bakı təşkilat daxilində təşəbbüslərini konkret mexanizmlər və qərarlarla praktik nəticələrə çevirən idarəedici mərkəz funksiyasını da üzərinə götürür. Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü bu baxımdan çoxqatlı siyasi mesaj daşıyırdı. Postmünaqişə reallığında Şuşanın seçilməsi Azərbaycanın regional gündəliyi formalaşdırmaq gücünə malik aktor kimi çıxış etdiyini nümayiş etdirdi. Şuşa görüşündə əsas xətt təşkilatın daha fəal və çevik platformaya çevrilməsi idi.

Qəbələ Zirvə Görüşü bu strateji niyyətin institusional formaya salınması mərhələsi kimi qiymətləndirilə bilər. Qəbələ sammiti konkret prioritetlərin sistemləşdirilməsi ilə fərqləndi. Təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi, nəqliyyat-logistika şəbəkələrinin genişləndirilməsi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi kimi istiqamətlərin önə çəkilməsi TDT-nin fəaliyyətinin daha strukturlaşdırılmış və nəticəyönümlü mərhələyə keçdiyini göstərir.

Hazırkı mərhələdə Azərbaycanın qarşısında duran əsas vəzifə TDT-ni normativ-bəyannamə xarakterli əməkdaşlıq formatından funksional və qarşılıqlı asılılığa əsaslanan sistemə transformasiya etməkdir. Son illər müşahidə olunan dinamika göstərir ki, bu istiqamətdə müəyyən irəliləyiş artıq reallığa çevrilməkdədir. Əməkdaşlığın onlarla sahəni əhatə etməsi çoxsəviyyəli inteqrasiya modelinin formalaşması kimi qiymətləndirilməlidir. Məhz bu kontekstdə nəqliyyat və logistika sahəsi xüsusi önəm qazanır. Tarixi təcrübə göstərir ki, istənilən regional inteqrasiya modeli, ilk növbədə, fiziki bağlantılar üzərində qurulur. Bağlantıların mövcudluğu isə siyasi münasibətləri daha sabit və proqnozlaşdırılan edir. TDT məkanında bu funksiyanı yerinə yetirən əsas layihə Orta Dəhlizdir.

Daha vacib məqam ondan ibarətdir ki, Orta Dəhliz iqtisadi funksiyasını aşaraq geosiyasi alətə çevrilmək potensialına malikdir. Nəqliyyat axınlarına nəzarət, logistika infrastrukturlarının koordinasiyası və tranzit qaydalarının harmonizasiyası TDT ölkələrinə kollektiv təsir imkanları yaradır. Eyni zamanda, bu proses qarşılıqlı asılılığın dərinləşməsini sürətləndirir. İnfrastruktur layihələri uzunmüddətli investisiyalar və davamlı koordinasiya tələb etdiyindən üzv dövlətlər arasında əlaqələr daha struktur xarakter alır.

İnteqrasiyanın real dərinliyi aydın şəkildə məhz iqtisadi indikatorlarda özünü göstərir. Ticarət dövriyyəsinin artımı və investisiya axınlarının intensivləşməsi struktur dəyişikliklərin göstəricisidir.

Azərbaycanın bu prosesdə oynadığı rol xüsusi diqqət tələb edir. Bakı kapital ixrac edən və regional iqtisadi dinamikanı stimullaşdıran mərkəzə çevrilməkdədir. Üzv dövlətlərə yönəldilən irihəcmli sərmayələr iqtisadi təsir alətlərinin genişləndirilməsi ilə yanaşı, qarşılıqlı maraqlar sistemini də gücləndirir. İqtisadi dinamikanın paralelində inteqrasiyanın ideya və diplomatik müstəvidə möhkəmləndirilməsi də diqqətdən kənarda qalmır. Antalya Diplomatik Forumunun son panel iclasının “Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına” mövzusunda keçirilməsi, məhz türk dünyasının inteqrasiyasına həsr olunması bu baxımdan strateji addım kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin bu istiqamətdə ardıcıl mövqeyi, qəbul olunmuş strateji sənədlər və dəyişən beynəlxalq mühitdə regional blokların rolunun artması bu qərarın əsasını təşkil edir.

Son olaraq qeyd edək ki, müşahidə olunan tendensiyalar göstərir ki, TDT artıq çoxşaxəli strateji əməkdaşlıq sisteminə çevrilir və bu transformasiyanın hərəkətverici qüvvəsi kimi Azərbaycan çıxış edir. Qarşıdakı mərhələdə əsas çağırış inteqrasiyanı dərinləşdirməklə yanaşı, onu institusional baxımdan möhkəmləndirmək, yəni qaydalar, mexanizmlər və ortaq maraqlar üzərində dayanan sabit sistemə çevirmək olacaq. Məhz bu halda TDT uzunmüddətli perspektivdə daha geniş miqyasda təsir gücünə malik aktora çevrilə bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2026 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see664

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see444

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see410

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see395

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see390

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see351

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see290

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see275

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see273

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see252

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see247

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see235

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see229

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see227

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see224

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see221

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri