Icma.az
close
up
RU
Bakıda yarım milyon evin “kupça” gözləntisi Daha bir il...

Bakıda yarım milyon evin “kupça” gözləntisi Daha bir il...

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

2026-nın Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi uzun illərdir müzakirə olunan plansız və sənədsiz tikililər, riskli zonalarda olan tikililərin aqibətini yenidən gündəmə gətirib.

Modern.az-a danışan deputat Rövşən Muradov qeyd edib ki, ölkə başçısının müvafiq sərəncamları ilə tapşırıqlar verilib və 500 minə yaxın sənədsiz evin sənədləşdirilməsinə başlanılıb. Proses bu il davam edəcək:

“Yüksək gərginlik elektrik şəbəklərinin, qaz xətlərinin SOCAR və dəmir yolu xətlərinin yaxınlığındakı evlər istisna olmaqla, digər evlərin sənədləşdirilməsi aparılacaq. Lakin strateji yerlərdə yerləşən sənədsiz evlər gələcəkdə söküləcək. Bu o şərtlə baş verəcək ki, həmin insanlara müvafiq kompensasiyalar verilsin”.

“Şəhərsalma və Memarlıq İli”ndə 500 min sənədsiz evin çıxarış (kupça) alması üçün genişmiqyaslı iş görüləcəkmi? Bu proses niyə illərdir ləngiyir? Həmçinin yeni tikilən binalar var ki, “kupça” verilməyib, bu yöndə də addımların sürətlənməsi üçün hansı işlər görülməlidir?

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı Musavat.com-a mövzunu belə şərh edib:

“Uzun illər ərzində formalaşmış plansız tikinti mirasının hüquqi tənzimlənməsi istiqamətində real addımlar atılmaqdadir. Hazırda ölkə üzrə 500 minə yaxın sənədsiz yaşayış evinin inventarlaşdırılması və sənədləşdirilməsi prosesi icra olunur, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində prioritet istiqamətlərdən biri olacaq”.

Ekspertin sözlərinə görə, burada əsas məqsəd təkcə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi deyil, həm də riskli zonalarda yerləşən tikililərin təhlükəsizlik baxımından qiymətləndirilməsi, urbanistik mühitin uzunmüddətli inkişaf planına uyğunlaşdırılmasıdır:

"Yüksək gərginlikli elektrik xətləri, qaz və dəmir yolu xətlərinə bitişik ərazilərdə yerləşən, həmçinin strateji əhəmiyyətli zonalarda salınmış tikililərlə bağlı xüsusi yanaşma tələb olunur. Bu kateqoriyadakı evlər üzrə yalnız kompensasiya və sosial təminat mexanizmləri nəzərə alınmaqla qərar verilməlidir”.

AQP rəsmisi illərdir ləngiyən prosesin səbəblərinə də diqqət çəkib:

“Uzun illər ərzində sənədsiz tikililərin çoxluğu, urbanistik və hüquqi çətinliklər, normativ tələblərin yetərincə tətbiq olunmaması bu işlərin ləngiməsinə səbəb olub. Eyni zamanda, yeni inşa olunan çoxmənzilli binalarda çıxarışların verilməsi məsələsi də urbanizasiya gündəliyinin mühüm tərkib hissəsidir. Layihələndirmə, tikinti və istismara qəbul mərhələlərində normativ tələblərin pozulması prosesin ləngiməsinə yol açır. Bu baxımdan məsuliyyətin artırılması və şəffaf rəqəmsal uçot-nəzarət mexanizmlərinin geniş tətbiqi zəruridir”.

Günay İsmayılqızı dövlətin əsas prinsipial mövqeyinə də toxunub:

“Hər bir vətəndaşın hüquqları qorunmalı, eyni zamanda, riskli və strateji əhəmiyyətli ərazilərdə yerləşən tikililər üçün yalnız kompensasiya və sosial təminat mexanizmləri nəzərə alınmaqla qərarlar verilməlir. AQP bu proseslərdə institusional dəstək göstərməyə hazırdır. Palata risklərin qiymətləndirilməsi, təsir analizləri, kompensasiya mexanizmlərinin ədalətli formalaşdırılması və daşınmaz əmlak bazarında sabitliyin qorunması istiqamətində əhəmiyyətli dəstək verəcək. Şəhərsalma transformasiyası yalnız sənədləşmə aktı deyil, uzunmüddətli sosial, iqtisadi və məkan inkişafının əsas dayaqlarından biridir”.

Ekspert qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” təkcə formal sənədləşmə prosesindən ibarət olmayacaq:

“Bu il həm də şəhər mühitinin sağlamlaşdırılması, təhlükəsiz yaşayış məkanlarının formalaşdırılması və urbanistik standartların tətbiqi baxımından dönüş ili olacaq. Vətəndaşlar həm öz mülkiyyətlərini rəsmiləşdirəcək, həm də planlı şəhər mühitində, təhlükəsiz və normativ tələblərə uyğun yaşayış imkanına malik olacaqlar.

Beləliklə, “Şəhərsalma və Memarlıq İli” sosial ədalətin, şəhər təhlükəsizliyinin və urbanistik inkişafın təminatçısı olaraq həm vətəndaşların hüquqlarını qoruyacaq, həm də daşınmaz əmlak bazarında sabitliyi gücləndirəcək.

Uzunmüddətli perspektivdə isə bu proses şəhərsalma siyasətində effektivliyi, şəffaflığı və dayanıqlı inkişafı təmin edən əsas amil kimi çıxış edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Yanvar 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri