Icma.az
close
up
RU
Bakıda kupça sı olan ən ucuz evlərin YERİ və QİYMƏTİ

Bakıda kupça sı olan ən ucuz evlərin YERİ və QİYMƏTİ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda ucuz evlər əsasən paytaxtın kənar rayonlarında yerləşir. Bəs ən münasib qiymətə fərdi yaşayış evləri və mənzillər hansı ərazilərdədir və onların qiymətləri təxminən nə qədərdir?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Modern.az-a açıqlama verib:

“Bizim araşdırmalarımıza görə, ən ucuz fərdi yaşayış evləri Qaradağ, Suraxanı, Pirallahı və Sabunçu rayonlarının ərazisindədir. Amma bu o demək deyil ki, başqa rayonlarda təmiri aşağı səviyyədə olan, yerləşməsi uyğun olmayan ucuz fərdi yaşayış evləri tapmaq mümkün deyil. Ona görə də həmişə tövsiyə edirik ki, hər hansı əmlak alarkən ilk növbədə onun hüquqi sənədlərinə diqqət yetirilsin, qiymətinə yox. Çünki əmlak saytlarına baxanda təsəvvürə gəlməz dərəcədə ucuz, mərkəzə yaxın evlərin də olduğunu görürük. Bu cür elanları sona qədər araşdıranda məlum olur ki, həmin evlərin ya sənədləri qaydasında deyil, ya başqa problemi var, ya da uyğun olmayan ərazidə inşa olunub”.

 Vüqar Orucun sözlərinə görə, Qaradağ, Suraxanı, Pirallahı və Sabunçu rayonlarında fərdi yaşayış evlərini nisbətən ucuz qiymətə tapmaq mümkündür. Onun sözlərinə görə, əvvəllər, qiymət artımından öncə, bu ərazilərdə təxminən 40-45 min manata fərdi yaşayış evləri tapmaq mümkün idisə, hazırda qiymətlər 60-65 min, bəzi hallarda isə 70 min manata qədər yüksəlib. Lakin bu evlərin əksəriyyətinin uyğun olmayan ərazilərdə, sənədləri tam qaydasında olmadan və ya tikinti normativlərinə əməl edilmədən inşa edilməsi sonradan ciddi problemlər yarada bilər.

Ekspert bildirib ki, təxminən 100 kvadratmetrlik həyət evi almaq istəyən vətəndaşın ən azı 3 sot torpağa sahib olması məqsədəuyğundur. Hazırkı qiymətlərlə belə torpaq sahəsinin ən ucuz halda təxminən 15-20 min manata başa gəldiyini deyən AQC sədri tikinti xərcləri və digər məsrəflər nəzərə alındıqda, standartlara uyğun 100 kvadratmetrlik fərdi yaşayış evinin ümumi qiymətinin təxminən 100-120 min manat təşkil etməsinin real olduğunu qeyd edib.

Müsahibimiz qeyd edib ki, mənzillər üzrə də ən münasib qiymətlər əsasən Qaradağ, Suraxanı, Pirallahı, Sabunçu və Xəzər rayonlarında müşahidə olunur. Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin son araşdırmalarına görə, bu rayonlarda mənzillərin bir kvadratmetrinin qiyməti təxminən 1022-2026 manat arasında dəyişir. Pirallahıda ən ucuz mənzilin bir kvadratmetri 1022 manat, Xəzərdə 1051 manat, Qaradağda 1266 manat, Suraxanıda isə 1425 manat təşkil edir. Onun sözlərinə görə, vətəndaşlar əmlak seçərkən yalnız qiymətin ucuzluğuna deyil, həmin evin və ya mənzilin əlverişliliyinə də diqqət yetirməlidirlər.

 “Ucuz olması ilə yanaşı, alınan istər fərdi yaşayış evinin, istərsə də mənzilin sənədlərinin qaydasında olub-olmadığı mütləq müəyyənləşdirilməlidir. Eyni zamanda istifadə olunan tikinti materialları, torpaq sahəsi və həmin torpaq sahəsinin qonşu əraziyə müdaxilə edib-etmədiyi yoxlanılmalıdır. Bir çox hallarda kadastr və torpaq sərhədləri ilə bağlı problemlər olur və bu da sonradan sənədlərin qeydiyyatında ciddi çətinliklər yaradır. Bu baxımdan ətraflı araşdırma aparmaq, mütəxəssisə müraciət etmək, rieltor və qiymətləndirmə şirkətlərindən məsləhət almaq, konsultinq xidməti əldə etmək vacib şərtlərdən biridir”, - o deyib.

Nicat Rüstəm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:288
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Oktyabr 2026 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri