Bakıda yaşayış binasının hotelə çevrilməsi narazılığa səbəb oldu (VİDEO)
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin hostel, üçüncü mərtəbəsinin isə hotel kimi "Kristal AA" MTK tərəfindən icarəyə verilməsi sakinlərin narazılığına səbəb olub.
Bir qrup sakin “Xəzər Xəbər”ə müraciət edərək idda ediblər ki, "Kristal AA" MTK-ya məxsus binada antisanitar vəziyyət yaranıb, səs- küydən gecələr mənzillərində rahat yaşaya bilmirlər. MTK isə onların bu vəziyyətinə biganə yanaşır.
Sakinlər deyirlər ki, bununla bağlı MTK rəhbərliyinə dəfələrlə müraciət etsələr də, onların narazılığına məhəl qoyulmayıb.
Sakinlərn iddialarına aydınlıq gətirmək məqsədi ilə əvvəlcə "Kristal AA" MTK rəhbərliyi ilə əlaqə saxlanılsa da, sualı dinləyib dəstəyi asıblar.
Daha sonra eyni adlı hotelə müraciət edilib. Onlar da kameramızın obyektivindən yayınıblar.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə bildirib ki, qeyd olunan ərazidə hotel əməkdaşları tərəfindən antisanitar vəziyyət yaradılması ilə bağlı vətəndaşların polisə müraciəti əsasında araşdırma aparılıb və inzibati qaydada protocol tərtib olunub. Eyni hal təkrarlanacağı təqdirdə daha ciddi məsuliyyət tədbirləri görüləcək.
Sakinlər isə problemin tezliklə həll ediləcəyinə ümid edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 10 Avqust 2026 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















