Icma.az
close
up
RU
Bakıda yaşayış üçün riskli olan binalar 1194 ü qeydiyyata alındı

Bakıda yaşayış üçün riskli olan binalar 1194 ü qeydiyyata alındı

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın günlərdə Türkiyədə 6 fevral 2023-cü il tarixində baş vermiş və "Əsrin fəlakəti” adlandırılan zəlzələnin 3-cü ildönümü idi. Zəlzələ nəticəsində Türkiyənin 11 şəhərində yüz minlərlə bina dağılıb və zərər görüb, 53.537 insan həyatını itirib, 107.204 insan yaralanıb. Zəlzələ zamanı təxliyə edilmiş 360 min insan hələ də yük maşınlarında yaşayır. Hazırda Azərbaycanda, xüsusilə Bakı-Abşeron ərazisində çox sayda köhnə tikililər var. Həmçinin, yeni tikilən binaların sayı da günbəgün artır. Binalar arasındakı bu sıxlıq seysmik hallar üçün olduqca təhlükəlidir. Çünki keçmiş hadisələr göstərir ki, binalar nə qədər bir-birinə yaxın olsa, zəlzələ zamanı dağıntı və fəlakət bir o qədər böyük olur.

Bəs bu kimi halları nəzərə aldıqda, Azərbaycanda hansı binalar zəlzələyə daha dayanıqlıdır?

Avtosfer.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda Azərbaycanda Sovet hökuməti dövründə inşaat normaları və qaydaları ilə qəbul olunmuş normativlər əsasında inşaat işləri aparılır. Yəni həm köhnə fondlar, həm də yeni tikililər bu əsaslarla inşa edilib:

"İnşaat normativləri 1982-ci ildə qəbul olunub. Müstəqillik əldə olunandan sonra bu normativlərə əlavələr olunub. Qeyd olunan normativlərdə isə seysmoloji təminat olur. Bunlar sonradan milli standartlara çevrilib və daha da təkmilləşdirilib. Həmçinin, binaların daha dayanıqlı və uzunömürlü olması ilə bağlı 2025-ci ildə inşaat normativlərinə əlavələr olunub”.

Ekspertin sözlərinə görə, Sovet höküməti dönəmində hazırlanan layihələr bütün post-sovet məkanını, həmçinin, Azərbaycanı əhatə edir:
 "Amma potensial təhlükəni nəzərə alsaq, Bakıda və ümumilikdə, Azərbaycanda riskli yaşayış fonduna istismar müddəti bitmiş binalar aiddir. Sovet höküməti dövründə 1970-ci ilə kimi inşa olunmuş yaşayış fondunun istismar müddəti artıq bitib. Hazırda Bakı-Abşeron ərazisində 16 min, ölkə üzrə isə 20-25 min istismar müddət bitmiş çoxmənzilli binalar var. Onlardan 1194 bina FHN tərəfindən xüsusi qeydiyyata alınıb. Bu binalar yaşayış üçün riskli və təhlükəlidir. Bu istiqamətdə hökümət tərəfindən müəyyən tədbirlər planı hazırlanıb”.

Oxunub 32

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Fevral 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri