Icma.az
close
up
RU
Bakıda yaşlı kişi qonaq getdiyi evin sahibinə ağır xəsarət yetirdi TƏFƏRRÜAT

Bakıda yaşlı kişi qonaq getdiyi evin sahibinə ağır xəsarət yetirdi TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Xəzər rayonunda 1966-cı il təvəllüdlü Abbas şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı İlqara (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 4 yanvar 2023-cü ildə, səhər saat 7 radələrində baş verib. Abbas İlqarın evində qonaq olarkən onunla aralarında mübahisə yaranıb. Mübahisə zamanı Abbas qəsdən İlqarı əli və qaz balonu ilə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Abbasın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 30 dekabr 2022-ci ildə Xəzər rayonu, Şüvəlan qəsəbəsinin DRES yaşayış sahəsində olan marketlərin birindən çörək alarkən sonradan tanıdığı İlqarın marketə girərək siqaret, araq və digər ərzaq alaraq kassaya yaxınlaşdığını görüb: “Kassa növbəsində İlqarı irəli buraxdım. İlqar da aldığım ərzaqların pulunu verərək çölə çıxdım. Mən marketdən çölə çıxdıqda İlqar arağı əlində tutaraq ora-bura baxdığını gördüm. Ondan siqaret istədikdən sonra tanış olaraq söhbət etdiyimiz vaxt yaşadığım Zirə kəndinə gedənə kimi 3-4 avtobus dəyişdiyimi, səhər tezdən yenidən Şüvəlan qəsəbəsinə qayıtmalı olduğumu dedim. İlqar əyləşib birgə “Yeni il” bayramını qeyd etməyi təklif etdi. İlqar tək qaldığını deyərək evinə dəvət etdikdə razılaşdım. İlqar evimdə yemək yeyib araq içərkən, sonuncunun işlətdiyi ifadə mənim əhvalımı korladığından İlqarı bir şillə vuraraq “xeyir ola, sən mənim kefimi pozursan, bayramdır, bayramı korlama, mən sənin qonağınam, qəbahət olmadı ki, səni tanımadan evinə gəldim” dedim. Getmək istədikdə İlqar yenidən zarafat etməyəcəyini bildirərək qalmağımı xahiş etdi. Mən və İlqar 2-3 gün ərzində araq alaraq yeyib içdik. Həmin ərəfədə İlqar öz-özünə yerə yıxıldığı üçün gicgahı stolun küncünə dəyərək qanadıqda, bunun səbəbini soruşaraq nəyə görə belə etdiyini, qəfildən yerə yıxılıb bayramını korladığını dedikdən sonra İlqar üzündəki qanı silərək stulda əyləşdirdim. Araq süzdüm, yenidən içdik. Mən əlimi yumağa çıxanda İlqarın yenə yıxıldığını gördüm. Daha sonra isə İlqar məni yatızdırıb həvəngdəstənin qulpu ilə başımdan vurmaq istədiyini gördükdə hirslənərək çarpayının altından qaz balonunu götürdüm və onun sinəsinə vurdum. İçkidən ayıldıqdan sonra etdiyim əməldən peşmanlıq hissi keçirdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən İlqarın sözlərinə görə, Abbasla “Yeni il” bayramı ərəfəsində təsadüf nəticəsində tanıyıb: “Mən 2022-ci ilin dekabr ayının sonlarında Abbasla Şüvəlan qəsəbəsində yerləşən evimə “Yeni il” bayramını qeyd etmək üçün dəvət etdim, birlikdə yeyib-içdik. 4 yanvar 2023-cü ildə, səhər vaxtı sonradan xatırlamadığım səbəbdən aramızda yaranmış mübahisə zəminində Abbas məni döydü. Ardınca isə evimdə olan qaz balonu ilə sinəmə vurdu. Zərbənin təsirindən huşumu itirdiyimdən hara yıxıldığımı, kimin mənə kömək etdiyini, sonradan nə baş verdiyini xatırlamıram. Xəstəxanada ayılmışam. Həmin hadisədən əvvəl mənim bədənimdə hər hansı xəsarət olmayıb, heç yerdə yıxılmamışam”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Abbas 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri