Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Metro xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə Bakıda yeni ekspres marşrut xətti təşkil edilir.
AZXEBER.COM xəbər verir ki, AYNA-nın dəstəkləyici tədbirləri çərçivəsində aparılan təhlillərə əsasən, sentyabrın 6-dan M7 nömrəli ekspres marşrut xətti fəaliyyətə başlayacaq.
Yeni marşrut "20 Yanvar” metrostansiyasından "Qara Qarayev”, "Neftçilər”, "Xalqlar Dostluğu”, "Əhmədli” və "Həzi Aslanov” metrostansiyaları istiqamətində artan sərnişin tələbatının qarşılanmasına xidmət edəcək.
Avtobusların "20 Yanvar” metrostansiyasındakı dayanacağı Rövşən Cəfərov küçəsində, "Velotrek” adlanan ərazinin qarşısında, "Həzi Aslanov” metrostansiyasında isə Məhəmməd Hadi küçəsində, metronun qarşısında yerləşəcək.
M7 nömrəli ekspres marşrutun fəaliyyəti metronun iş rejiminə uyğunlaşdırılacaq. Avtobuslar 06:00-dan 00:00-dək sərnişinlərə xidmət göstərəcək.
Yeni xəttin istifadəyə verilməsi ilə metro xətlərinin ayrılması fonunda sərnişinlərin alternativ ictimai nəqliyyat imkanlarının artırılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 04 Sentyabr 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















