Icma.az
close
up
RU
Bakıda yeni motosiklet fırıldağı: Özlərini maşının altına atırlar, sonra isə… KONKRET

Bakıda yeni motosiklet fırıldağı: Özlərini maşının altına atırlar, sonra isə… KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Son zamanlar paytaxt yollarında Wolt və Bolt kimi çatdırılma xidmətlərində çalışan motosikletli kuryerlərin davranışı ictimai narazılığa səbəb olur. Dar və riskli sahələrə daxil olmaq, dönəcəklərdə qaydalara əməl etməmək, işıqforun qırmızı və sarı işığında hərəkəti davam etdirmək, həmçinin avtomobillərə toxunaraq yanlarından keçmək artıq adi hala çevrilib. Bu qayda pozuntularının nəticəsi kimi tez-tez qəzalar baş verir. Bəzi hallarda isə kuryerlərin qəsdən hay-küy salaraq sürücüləri günahlandırması, yüngül toxunuşları “xəsarət” kimi qələmə verib pul tələb etməsi fırıldaqçılıq şübhələrini gücləndirir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev hazırkı vəziyyəti ciddi təhlükə kimi qiymətləndirib:

“Burada çox ciddi problemlərlə qarşılaşırıq. Xüsusən motosiklet və moped sürənlər demək olar ki, heç bir qaydaya əməl etmirlər. Sağdan-sola, soldan-sağa keçirlər, qırmızı-sarı işıqda hərəkəti davam etdirirlər, maşınlara toxunaraq ötürlər. Yeni qaydalara görə artıq onlardan da sürücülük vəsiqəsi tələb olunur və cərimə balı sistemi tətbiq edilir. 20 balı keçdikdə sürücülük vəsiqəsi ləğv ediləcək. Bu baxımdan qanunlara tabe olmaqdan başqa yol yoxdur. Ümid edirəm ki, yeni qanunlar qüvvəyə mindikdən sonra qaydaları pozanların bir qismi ümumiyyətlə dövriyyədən çıxacaq, çünki onların bir çoxu sürücülük vəsiqəsi belə ala bilməyəcək” — deyə ekspert bildirib.

Nəqliyyat eksperti Aslan Əsədov isə məsələ ilə bağlı aparılan tədbirlərin vacibliyinə diqqət çəkib:

“Əgər belə hallar baş verirsə, bu, yolverilməzdir. Əvvəllər kuryerlərdən sürücülük vəsiqəsi tələb olunmurdu, şəxsiyyəti müəyyənləşdirmək çətin idi. Bu kimi hallar tez-tez yaşanırdı və insanlar haqlı olaraq narahat olurdu. Artıq qabaqlayıcı tədbirlərə başlanılıb. Əgər sürücü fırıldaqçılıqla üzləşirsə, niyə sığorta və ya polis çağırmır? Hadisə baş veribsə, bunun hüquqi yolu var” — o, deyib.

Ekspertlərin fikrincə, yeni qaydaların sərt şəkildə tətbiqi, kuryerlərin identifikasiya prossesinin gücləndirilməsi və dövlət nəzarətinin artırılması şəhərdaxili təhlükəsizliyi xeyli yaxşılaşdıra bilər. Hazırkı mənzərə isə göstərir ki, mövcud boşluqlar aradan qaldırılmadığı müddətdə kuryerlərlə bağlı şikayətlər artmaqda davam edəcək.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Noyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri