Bakıda yeni orqanik kənd məhsulları mağazası açılıb
Icma.az, Marja.az portalına istinadən məlumat yayır.
Bakıda təbii və orqanik kənd məhsullarının satışını həyata keçirən yeni mağaza fəaliyyətə başlayıb.
Marja.az xəbər verir ki, “Kəndpayı Orqanik” MMC-yə məxsus “Kənd Payı” mağazasının açılışı keçirilib. Mağazada təbii, qatqısız və orqanik kənd məhsulları müştərilərə təqdim olunur.
“Kənd Payı”nın əsas məqsədi kənd təsərrüfatı məhsullarını istehlakçılara çatdırmaq, təbii qida məhsullarına çıxışı asanlaşdırmaqdır.
Şirkət məhsulların sertifikatlaşdırılmış orqanik qida olduğunu bildirir. Bununla yanaşı, ölkə daxilində çatdırılma xidmətinin də mövcud olduğu qeyd edilir.
Mağazanın açılışı münasibətilə yayılan açıqlamada bildirilir:
“Təbii, orqanik və kəndimizin saf nemətlərini sizə təqdim etmək üçün qapılarımızı açdıq. Süfrənizə sağlamlıq, evinizə bərəkət gətirmək üçün hər gün eyni həyəcanla xidmətinizdəyik”.
Yeni mağaza Bakı şəhəri, Nəsib bəy Yusifbəyli küçəsi, 91 ünvanında yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 21 Oktyabr 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















