Icma.az
close
up
RU
Bakıda yeniyetmə dostunu bıçaqladı, zərərçəkmiş məhkəmədə onu bağışladı

Bakıda yeniyetmə dostunu bıçaqladı, zərərçəkmiş məhkəmədə onu bağışladı

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsi yetkinlik yaşına çatmayan bir yeniyetmənin dostunu bıçaqla yaralaması və qanunsuz silah saxlaması ilə bağlı cinayət işinə baxıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən ağır bədən xəsarəti yetirmə) və 228.4-cü (qanunsuz soyuq silah saxlama) maddələri ilə təqsirli bilinib.

BAKU.WS-in məlumata görə, Hadisə 2024-cü ilin iyul ayında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən "Təbriz Topdan və Pərakəndə Satış" mağazasının anbarında baş verib.

2007-ci il təvəllüdlü təqsirləndirilən şəxs iş yoldaşı və dostu olan zərərçəkmişlə zarafatlaşarkən qatlanan ov bıçağı ilə onun qarın nahiyəsinə zərbə endirib. Nəticədə zərərçəkmiş qaraciyər və bağırsaq zədələnməsi, habelə qabırğa sınığı ilə ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Məhkəmə iclaslarında zərərçəkmiş şəxs ifadəsində bildirib ki, hadisə təsadüfi olub və təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti yoxdur. O, hətta məhkəmədən təqsirləndirilən şəxsə cəza təyin edilməməsini xahiş edib.

Lakin məhkəmə-tibbi ekspertiza nəticələri xəsarətin qəsdən yetirildiyini və təsadüfi olmadığını təsdiqləyib. Ekspert qeyd edib ki, zərbə güclü olub və sadə qucaqlama və ya itələmə ilə belə dərin yara yaranmazdı.

Şahidlərin ifadələri də hadisənin detallarını işıqlandırıb. Bəzi şahidlər hadisənin zarafat zamanı baş verdiyini, digərləri isə təqsirləndirilən şəxsin bıçağı qutu açmaq üçün istifadə etdiyini bildirib. Təqsirləndirilən şəxsin qanuni nümayəndələri və qohumları onun peşman olduğunu və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu vurğulayıblar.

Məhkəmə təqsirləndirilən şəxsə 126.1-ci maddə ilə 3 il, 228.4-cü maddə ilə 4 ay azadlıqdan məhrum etmə cəzası təyin edib. Bu cəzalar qismən toplanaraq ümumilikdə 3 il 2 ay azadlıqdan məhrum etməyə çevrilib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, cəza şərti olaraq tətbiq olunub və 6 ay sınaq müddəti müəyyən edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 Sentyabr 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri