Bakıda Yuli Qusmanın adı əbədiləşdirildi FOTOLAR
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sea Breeze Walk of Fame” Şöhrət xiyabanında görkəmli teatr və kino rejissoru, aktyor, televiziya aparıcısı, “Nika” milli kino mükafatının təsisçisi, Azərbaycanın Xalq artisti və Rusiyanın Əməkdar incəsənət xadimi Yuli Qusmanın adına ulduz açılıb.
Bakıvaxtı.az Azərtac-a istinadən xəbər verir ki, təntənəli mərasimdə tanınmış mədəniyyət xadimləri, Xalq artistinin dostları və həmkarları iştirak ediblər.
Yuli Qusman yaradıcılığına göstərilən yüksək qiymətə görə, səmimi minnətdarlığını bildirib. O, uşaqlıq və gənclik illərini, Bakının əfsanəvi Şən və Hazırcavablar Klubu (KVN) komandasının tarixini, eləcə də “Qorxma, mən səninləyəm” filmi də daxil olmaqla, məşhur kino əsərlərini xatırlayıb.
Xalq yazıçısı Anar uzun illər davam edən dostluqları və Moskvada birlikdə keçirdikləri gənclik illəri ilə bağlı xatirələrini bölüşüb. O, Yuli Qusmanın parlaq istedadını, səhnədə, kinoda və həyatda hər zaman əsl ulduz olaraq qalmaq bacarığını vurğulayıb.
Xalq artisti, bəstəkar və pianoçu Fərhad Bədəlbəyli Qusmanlar ailəsinin özünəməxsus ziyalılığından bəhs edib. O, Yuli Qusmanın rəhbərliyi ilə KVN çempionlarının qazandığı əfsanəvi qələbələri və bütün bakılıları birləşdirən nəsillərarası varisliyi xatırladıb.
Teleprodüser Timur Vaynşteyn Yuli Qusmanı özünün əsas müəllimi və ustadı adlandırıb. O, sənətkarın bütün nəsillərin nümayəndələri tərəfindən eyni səmimiyyət və hərarətlə sevilməsi kimi heyrətamiz xüsusiyyətini özəlliklə qeyd edib.
Xalq artistinin qardaşı Mixail Qusman bildirib ki, Yulinin yaradıcılığında ərsəyə gətirilən ən yaxşı əsərlər əbədi olaraq doğma Azərbaycanla bağlıdır. O, böyük qardaşı ilə fəxr etdiyini söyləyib, bu yaddaqalan günün təşkilinə görə təşkilatçılara və komandaya təşəkkürünü bildirib. Qeyd edib ki, bu gün bütün ailə və Yuli Qusmanın istedadının çoxsaylı pərəstişkarları üçün əsl bayrama çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 12 Oktyabr 2026 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















