Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Bakıdakı ilk dünya çempionatı ilə bağlı sensasion iddia

Bakıdakı ilk dünya çempionatı ilə bağlı sensasion iddia

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda keçiriləcək 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı əslində ABŞ-da təşkil olunmalı idi.

Axar.az Sportify.az-a istinadla xəbər verir ki, bu barədə “The Athletic” nəşrinin hazırladığı sensasion məqalədə bildirilir.

Nəşr iddia edir ki, FİFA-nın bütün 211 üzv assosiasiyasını bir araya gətirməsi nəzərdə tutulan bu yeni turnirin ilkin layihəsi hətta “Disney World” yaxınlığında keçirilmək və kommersiyalaşdırılmaq üçün hazırlanıb. Lakin plan dəyişib və FİFA iyunun 24-də yarışın Azərbaycanda təşkil olunmasına qərar verib.

FİFA prezidenti Canni İnfantino son bir il ərzində “U-15 Dünya Kuboku”nun yaradılması və kommersiyalaşdırılması ilə bağlı özəl investorlarla danışıqlar aparıb.

Layihə beysboldakı “Little League World Series” yarışından ilhamlanıb. Turnirin bütün 211 FİFA üzvünün iştirakı ilə keçirilməsi, daha qısa oyunlar və kiçildilmiş meydançalardan istifadə olunması planlaşdırılıb.

İlkin plana əsasən, yarış ABŞ-ın Florida ştatında, Orlando şəhərində yerləşən “ESPN Wide World of Sports Complex”də təşkil edilməli idi. Kompleks “Disney World” əyləncə parklarının yaxınlığında yerləşir. Açılış və bağlanış mərasimlərinin isə “Disney” parklarında keçirilməsi variantı da müzakirə olunub.

Layihənin kommersiya tərəfi ilə bağlı Meksika Futbol Federasiyasının sabiq komissarı Xuan Karlos Rodriges və İngiltərənin “Çelsi” klubunun sahibi Todd Bulvinin rəhbərlik etdiyi “Eldridge Industries” şirkəti çalışıb. ESPN-in turnirin ABŞ-da yayımçısı olması da nəzərdə tutulub.

İnfantinonun İsrail – Fələstin ideyası

Layihənin ən diqqətçəkən məqamlarından biri isə Canni İnfantinonun turnirin açılış oyununu İsrail və Fələstinin U-15 yığmaları arasında keçirmək istəyi olub.

Bu ideya Rodriges və “Eldridge Industries” tərəfindən FIFA-ya təqdim edilən kommersiya təklifinin tərkibinə daxil olmayıb. İnfantino bu qarşılaşmanı futbol vasitəsilə sülh və birlik mesajı vermək üçün simvolik addım kimi görüb.

O, daha əvvəl də FİFA Konqresində İsrail və Fələstin futbol federasiyalarının nümayəndələrini səhnədə görüşdürməyə və birlikdə foto çəkdirməyə çalışıb. Lakin cəhd baş tutmayıb.

211 ölkə necə oynayacaqdı?

İlkin layihəyə əsasən, 211 komandanın turnirdə iştirakını təmin etmək üçün 32 qrupun yaradılması planlaşdırılıb. Qruplarda 6 və ya 7 komandanın olması nəzərdə tutulub.

Layihənin əsas məqsədlərindən biri dünya çempionatlarına nadir hallarda vəsiqə qazanan ölkələrdə futbol marağını artırmaq, digər tərəfdən isə gənc istedadların daha geniş miqyasda skautinqinə imkan yaratmaq olub.

FIFA U-15 turnirinin yaradılması ideyasını ilk dəfə 2025-ci ilin dekabrında açıqlayıb. İlk yarışın yalnız oğlanlar arasında keçirilməsi, 2027-ci ildən isə qızlar turnirinin də təşkil olunması planlaşdırılıb.

Lakin ABŞ-da keçirilməsi və özəl investisiya hesabına kommersiyalaşdırılması ilə bağlı planlar sonradan dayandırılıb.

Bakı planı dəyişdi

FİFA iyunun 24-də – 2026-cı il dünya çempionatının startından 13 gün sonra ilk U-15 Dünya Kuboku və festivalının Azərbaycanda keçirilməsinə qərar verib. Yarış 22-31 oktyabr 2026-cı ildə təşkil olunacaq və ilk buraxılışda bütün FİFA üzv assosiasiyalarının oğlan komandalarının iştirakı nəzərdə tutulur.

FİFA Azərbaycanın seçimində ölkənin yüksək səviyyəli idman və ümumi infrastrukturunun, minlərlə uşaq və onları müşayiət edən şəxsləri mərkəzləşdirilmiş şəkildə qəbul etmək imkanının nəzərə alındığını bildirib.

Beləliklə, əvvəlcə ABŞ-da, hətta “Disney World” yaxınlığında keçirilməsi planlaşdırılan və İsrail – Fələstin qarşılaşması ilə açılması ideyası irəli sürülən yeni FİFA turnirinin ilk ünvanı Bakı olacaq. Lakin FİFA-nın açılış oyununu münaqişəli iki ölkə arasında təşkil etmək ideyasının Azərbaycan paytaxtında da qüvvədə olub-olmayacağı bəlli deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 Avqust 2026 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see477

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see291

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see277

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see212

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see211

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see209

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see204

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see199

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see199

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see198

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see195

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see192

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see192

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see191

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see191

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri