Icma.az
close
up
RU
Bakıdakı maşın bazarı söküləcək?

Bakıdakı maşın bazarı söküləcək?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bakıdakı avtomobil bazarının Ağdama köçürülməsi planlaşdırılır.

Plan Ağdamın regional ticarət və logistika mərkəzinə çevrilməsi, işğaldan azad edilmiş bölgələrə yeni iqtisadi axının yaradılması, nəqliyyat infrastrukturunun gücləndirilməsi və yeni sahibkarlıq fəaliyyəti və məşğulluq imkanlarının artırılmasına xidmət edir.

Ağdamda formalaşacaq bazar Cənubi Qafqazın və regionun ən böyük və nüfuzlu avtomobil bazarlarından biri olmağa namizəddir.

Xəbərin yayılmasından sonra sosial şəbəkələrdə və mətbuatda iddia edilib ki,  Bakıda yerləşən maşın bazarı söküləcək. Hətta maşın bazarının yerində binaların tikiləcəyini iddia edənlər də var.

Məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərli Ağdamda maşın bazarının qurulmasının iqtisadi baxımdan səmərəli ola biləcəyini söyləyib:

“İstərdim ki, işğaldan azad olunmuş ərazilərimizdə belə infrastruktur layihələri olsun. Niyə də yox. Bu təkcə avtomobil bazarı yox, eyni zamanda avtomobil təmirinin, ehtiyyat hissələrinin satışının və avtomobillərin xaricə ixracının olduğu bir hab, mərkəz kimi yaradıla bilərdi. Artıq bu müvafiq qurumların işidir. Sadəcə belə bir mərkəz olsa yaxşı olardı. İqtisadi baxımdan səmərəli olardı".

Ekspert Bakıdakı maşın bazarının sökülməsi ilə bağlı məlumatlı olmadığını deyib:

"Bu məsələ sahibkarların işidir. Onlar nə qərar versə, elə də olacaq. Sadəcə olaraq, mən düşünürəm ki, Bakı şəhərində nəinki bir, hətta bir neçə maşın bazarına ehtiyac var. Avtomobil ehtiyat  hissələrinin satışına da ehtiyac mövcuddur. Bakı çoxmilyonlu şəhərdir. Bakıda artıq avtomobil bazarları ləğv olunmalıdır, yaxud ləğv olunacaq deyə bir şey yoxdur. Bakıda da, Ağdamda da maşın bazarları olsun. Niyə olmur? Lap yaxşı, tələbat varsa olmalıdır. Xüsusən işğaldan azad olunmuş hər hansı ərazidə infrastruktur yeniliyi olursa, həmin ərazinin iqtisadi inkişafına da məskunlaşma, qayıdış proqramlarına da bu, müsbət təsir edən amil kimi çıxış edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri