Icma.az
close
up
RU
Bakıdakı universitetlərdə hansı ixtisasların plan yerləri azaldılıb...

Bakıdakı universitetlərdə hansı ixtisasların plan yerləri azaldılıb...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Elm və təhsil naziri Emin Əmrullayev bir neçə ay öncə yerli mediaya müsahibəsində Bakıdakı universitetlərin köçürülməyəcəyini, paytaxtda təhsil alan tələbələrin sayının isə mərhələli şəkildə azaldılacağını bildirib. Nazirin sözlərinə görə, hazırda ölkədəki tələbə kontingentinin təxminən üçdə ikisi Bakı və ətraf ərazilərdə, üçdə biri isə regionlardakı ali təhsil müəssisələrində təhsil alır.

Nazirin açıqlamasından sonra Bakıdakı ali məktəblərə qəbul imkanlarının necə dəyişdiyi, paytaxt üzrə plan yerlərinin azaldılıb-azaldılmadığı sualı yaranır.  

Modern.az saytı Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalında dərc olunan məlumatlar əsasında Bakıdakı ali təhsil müəssisələrinə 2025 və 2026-cı illərdə ayrılmış plan yerlərini müqayisə edib.

Müqayisəli təhlilə əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) I ixtisas qrupu üzrə plan yerlərinin sayı 2025-ci ildəki 2885-dən 2026-cı ildə 2445-ə endirilib. Beləliklə, plan 440 yer və ya 15,3 faiz azaldılıb. ADNSU-da neft-qaz mühəndisliyi üzrə Azərbaycan bölməsinə 2025-ci ildə 200, 2026-cı ildə 150 yer ayrılıb. Bununla yanaşı, 2026-cı ilin planında kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi və data analitikası üzrə qəbul saxlanılıb.

Bakı Dövlət Universitetində (BDU) I ixtisas qrupu üzrə plan yerlərinin sayı 1410-dan 1350-yə düşüb. Azalma 60 yer və ya 4,3 faiz təşkil edib. BDU-da fizika müəllimliyi üzrə plan 150-dən 120-yə, informatika müəllimliyi üzrə 160-dan 115-ə, fizika üzrə 100-dən 75-ə, mexanika üzrə 40-dan 25-ə endirilib. Universitetdə II ixtisas qrupu üzrə plan yerlərinin sayı 665-dən 675-ə, IV qrup üzrə isə 675-dən 685-ə yüksəlib. Hər iki qrupda 10 yer artım qeydə alınıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Bakıdakı proqramları üzrə I-V ixtisas qruplarına 2025-ci ildə ümumilikdə 2375, 2026-cı ildə isə 2570 yer ayrılıb. Universitet üzrə plan 195 yer və ya 8,2 faiz artıb. ADPU-da ən böyük dəyişiklik III ixtisas qrupunda qeydə alınıb. Bu qrup üzrə plan yerlərinin sayı 1140-dan 1290-a yüksəlib. I qrupda plan 525-dən 540-a, IV qrupda 360-dan 370-ə, V qrupda 175-dən 210-a çatdırılıb. II qrupda isə plan yerlərinin sayı 175-dən 160-a endirilib.

Azərbaycan Tibb Universitetində (ATU) IV ixtisas qrupu üzrə ümumi plan 2025-ci ildə 830, 2026-cı ildə 960 yer olub. Bir il ərzində plan 130 yer və ya 15,7 faiz artıb. Universitetdə Azərbaycan və ingilis bölmələri üzrə əczaçılığa 60, fizioterapiyaya 40, ictimai səhiyyəyə 60, tibb bacısı işinə 60, stomatologiyaya 75, tibb ixtisasına isə 535 yer ayrılıb. Bundan əlavə, 2026-cı ildə rus bölməsi üzrə əczaçılığa 20, ictimai səhiyyəyə 20, stomatologiyaya 25, tibb ixtisasına 65 yer verilib.

Bakı Mühəndislik Universitetində (BMU) IV ixtisas qrupu üzrə plan yerlərinin sayı 2025-ci ildə 110, 2026-cı ildə 230 olub. Beləliklə, biotexnologiya və kimya istiqamətləri üzrə plan 120 yer və ya 109 faiz artıb.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) I ixtisas qrupu üzrə Bakıdakı plan yerlərinin sayı 2025-ci ildə 625, 2026-cı ildə 730 təşkil edib. Artım 105 yer və ya 16,8 faiz olub. UNEC-də kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi və sənaye mühəndisliyi üzrə qəbul yerləri artırılıb.

Bakı Slavyan Universitetində (BSU) IV ixtisas qrupu üzrə psixologiyaya 2025-ci ildə 40, 2026-cı ildə isə Azərbaycan, rus və qiyabi bölmələr birlikdə 90 yer ayrılıb. Artım 50 yer olub. Universitetdə 2026-cı ildə jurnalistika üzrə də 85 plan yeri müəyyənləşdirilib. Bunun 45-i Azərbaycan bölməsinin əyani, 10-u qiyabi, 30-u isə rus bölməsinin payına düşüb.

Apardığımız müqayisə onu göstərir ki, 2026-cı ildə plan yerləri bütün Bakı universitetlərində azaldılmayıb. ADNSU-nun I ixtisas qrupunda 440, BDU-nun eyni qrupunda 60 yer azalma qeydə alınıb. ADPU üzrə ümumi plan 195, ATU-nun IV qrup planı 130, BMU-nun IV qrup planı 120, UNEC-in I qrup planı isə 105 yer artırılıb.

Məlumat üçün bildirək ki, qəbul planı universitetlərdə təhsil alan ümumi tələbə sayını deyil, yalnız müvafiq ildə bakalavriat səviyyəsinə qəbul edilə biləcək şəxslərin sayını əks etdirir. Buna görə Bakıdakı tələbə kontingentinin dəyişməsini müəyyənləşdirmək üçün sonrakı illərin qəbul planları, məzunların sayı və region universitetlərinə ayrılan yerlərlə birlikdə qiymətləndirilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Avqust 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri