Bakıdan İrana təyyarə reyslərinin artırılması müzakirə olundu
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Azərbaycanın Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev Tehrana səfəri çərçivəsində İran İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə görüşüb.
Nazirlər Kabinetinin (NK) Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə birgə Dövlət Komissiyasının sonuncu iclasının nəticəsi olaraq imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlərin icrası və həyata keçirilən birgə layihələrin mövcud vəziyyəti nəzərdən keçirilib.
İqtisadiyyat, nəqliyyat, gömrük, sərhəd, neft, qaz, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın hazırkı durumu və daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Görüşdə həmçinin, Araz dəhlizi üzrə Ağbənd-Kəlalə körpüsünün tikintisinin, Kəlalə-Culfa yolunun genişləndirilməsinin icra vəziyyəti ilə bağlı məlumat verilib, Azərbaycan Prezidentinin (və ya iki ölkə Prezidentlərinin) tapşırığına uyğun olaraq Bakı-Tehran-Bakı, Bakı-Təbriz-Bakı birbaşa təyyarə reyslərinin fəaliyyətə başlamasından məmnunluq ifadə olunub və reyslərin sayının artırılması, tranzit daşımalarda mövcüd məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini Şahin Mustafayev Tehrana səfəri çərçivəsində həmçinin, İran İslam Respublikasının energetika naziri Abbas Əliabadi ilə də görüşüb, iki ölkə arasında həyata keçirilən Xudafərin - Qız Qalası, Ordubad - Marazad layihələrinə dair, həmçinin, elektrik enerjisi mübadiləsi, su ehtiyyatlarının birgə səmərəli işlənməsi ətrafında müzakirələr aparıb.
Baxış sayı:34
Bu xəbər 23 Sentyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















