Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaxın gələcəkdə Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının ölkəmizdəki ticarət nümayəndəsi Adam Xakimov "Zvezda" telekanalının "Voennaya priemka" verilişinə müsahibəsində deyib.
O bildirib ki, qısa müddət ərzində Moskva - Bakı marşrutu üzrə kruiz laynerinin fəaliyyətə başlaması planlaşdırılır.
Ticarət nümayəndəsinin sözlərinə görə, su yolu ilə həyata keçiriləcək bu səfər ümumilikdə 14 gün davam edəcək: yeddi gün gediş və yeddi gün dönüşə sərf ediləcək. Xakimov əlavə edib ki, bu səyahətlər lüks sinfə aid gəmilərlə təşkil olunacaq.
Layihə birbaşa dövlət dəstəyi ilə həyata keçirilir və gəmilərin inşasına Rusiyanın Sənaye və Ticarət Nazirliyi tərəfindən subsidiya ayrılır.
"Hazırda tam istifadəyə yararlı bir gəmi mövcuddur və daha iki gəminin inşası başa çatmaq üzrədir. Bu layihə uğur qazanarsa, digər iki gəminin də Bakı istiqamətində hərəkət etməsinə ümid edirik", - deyə nümayəndə vurğulayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 31 Oktyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















