Bakıdan sarsıdıcı zərbə olmasaydı...
Icma.az bildirir, Axar.az portalına istinadən.
Azərbaycanın İkinci Qarabağ müharibəsində və sonrakı antiterror tədbirləri zamanı qazandığı qələbə münaqişənin məntiqi sonluğunu təmin etdi. Paşinyanın hazırda atdığı addımlar isə baş vermiş geosiyasi və hərbi dəyişikliklərə verilən reaksiyadır.
Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi analitik İqor Korotçenko deyib.
“44 günlük müharibənin yekununda sarsıdıcı məğlubiyyətə uğramasaydı, Ermənistan rəhbərliyinin xoşməramlı mövqeyindən əsər-əlamət belə olmazdı. Birincisi, budur.
İkincisi, Bakı dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar və həmin sənədlərə istinadlar çıxarılmalıdır. Paşinyan, görünür, bu tələblərin yerinə yetirilməsi məqsədilə yeni Konstitusiya layihəsini təqdim edib. Böyük ehtimalla, yeni Konstitusiya referendumun nəticələrinə əsasən qəbul ediləcək. Bundan sonra sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayacaq.
Beləliklə, regionda vəziyyət tamamilə tənzimlənmiş hesab olunacaq”, - o bildirib.
Qeyd edək ki, Ermənistan yeni Konstitusiya layihəsini ictimai müzakirəyə təqdim edib. Yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad yoxdur.
Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycana və Türkiyəyə ərazi iddiasını özündə əks etdirir.
Baxış sayı:32
Bu xəbər 26 Noyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















