Icma.az
close
up
RU
Bakıdan son iki tələb: Diqqətlər bu istiqamətə fokuslandı

Bakıdan son iki tələb: Diqqətlər bu istiqamətə fokuslandı

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Yeni il Ermənistanın hərbi təxribatları ilə başladı. Bu halda Azərbaycanla Ermənistan arasında sülh, sərhədlərin dəqiqləşməsi, kommunikasiyaların açılması ilə bağlı hansı proqnozlar verilə bilər?

- Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara müsahibəsində də bəyan etdi ki, artıq bu aydan etibarən Ermənistanla sərhədlərin delimitasiyasiyası ilə bağlı hər iki tərəfdən formalaşmış komissiyaların görüşü planlaşdırılır. Əsas məsələ sülh müqaviləsinin imzalanmasından ibarət deyil. Bu istiqamətdə danışıqlar gedir, qarşılıqlı olaraq təkliflər göndərilir. Həmçinin məsələ ilə bağlı müxtəlif fikirlər səslənir. Təmaslar az olsa da, qarşılıqlı olaraq yazışmalar fonunda proses gedir.

- Danışıqlarda əsas diqqət daha çox hansı istiqamətlərə fokuslanıb?

- Əsas iki istiqamət mövcuddur. Bu mövzularda əməli iş getməlidir. Bunlardan biri sərhədlərin delimitasiyası ilə bağlıdır. Azərbaycan Prezidenti artıq bununla bağlı ölkəmizin mövqeyini bəyan etdi. Çünki komissiyalar görüşüb, qrafikə uyğun olan məsələləri müzakirə etməlidir. Eyni zamanda kommunikasiyaların açılması, Zəngəzur dəhlizi ilə bağlı qərarlar verilməlidir. Artıq bunun vaxtı çatıb. Çünki bu ilin sonuna kimi Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsinə aid dəmir və avtomobil yolunun tikintisini yekunlaşdıracaq.

- Kommunikasiyaların açılması ilə bağlı İrəvanın ortaya atdığı əsas məsələ nədən ibarətdir?

- Ermənistan hələ də başqa-başqa məsələlərdən danışır. Kağız üzərində “sülh kəsişməsi” və.s kimi absurd ideyalar ortaya atılır. Hələ də konkret qərar verilmir. Zəngəzurdan keçən dəhlizin yəni, 44 km-lik yolun bərpası ilə bağlı rəsmi İrəvan heç bir addım atmaq istəmir. Çünki bu qısa zamanda həll olunacaq bir iş deyil. Qərar verilməli, onun layihələndirilməsi, maliyyələşməsi həyata keçirilməlidir. Bu işə cəlb ediləcək tenderlər elan olunmalı, şirkətlər müəyyyənləşməlidir. Kimlərin bu işi görəcəyi aydınlaşmalıdır. Elə də böyük bir həcmə malik olmayan iş üçün ən azı bir-iki il vaxt lazım olacaq. Azərbaycan bu işlə bağlı konkret qərarların verilməsini, işlərin icrasına başlanılmasını gözləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 08 Yanvar 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri