Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Bakıdan strateji şahmat: Azərbaycan necə hamı üçün vacib tərəfdaşa çevrilir?

Bakıdan strateji şahmat: Azərbaycan necə hamı üçün vacib tərəfdaşa çevrilir?

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sdəri Arzu Nağıyev deyib.

Komitə sədri bildirib ki, Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif güc mərkəzləri ilə qarşıdurma deyil, qarşılıqlı maraqlar üzərindən əməkdaşlıq qurmaqdır: “Bakı həm Avropa, həm Türkiyə, həm Mərkəzi Asiya dövlətləri, həm də digər mühüm tərəfdaşlarla münasibətləri paralel şəkildə inkişaf etdirir. Bu yanaşma Azərbaycanın manevr imkanlarını genişləndirməklə yanaşı, onu regional proseslərdə etibarlı və proqnozlaşdırılan tərəfdaşa çevirir.

Bu siyasətin ən mühüm istiqamətlərindən biri enerji təhlükəsizliyidir. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkələrdən birinə çevrilib. Bakı enerji resurslarının ixracı ilə kifayətlənmir, eyni zamanda enerji marşrutlarının şaxələndirilməsinə, yeni bağlantıların yaradılmasına və bərpa olunan enerji layihələrinin inkişafına töhfə verir. Beləliklə, Azərbaycanın enerji siyasəti təkcə iqtisadi deyil, həm də geosiyasi və təhlükəsizlik mahiyyəti daşıyır.

Digər mühüm istiqamət isə Mərkəzi Asiya ilə münasibətlərin yeni səviyyəyə yüksəldilməsidir. Azərbaycan son illərdə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanla həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirib. Bu münasibətlər artıq yalnız siyasi dialoq çərçivəsində qalmır. Nəqliyyat, logistika, enerji, ticarət, investisiya və təhlükəsizlik sahələrində qarşılıqlı əlaqələr yeni bir geoiqtisadi məkanın formalaşmasına zəmin yaradır. Məhz bu baxımdan Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında yaranan C5+Azərbaycan formatı xüsusi əhəmiyyət daşıyır. Bu platforma Cənubi Qafqazla Mərkəzi Asiyanın siyasi və iqtisadi baxımdan daha sıx bağlanmasının göstəricisidir. Azərbaycan faktiki olaraq iki region arasında körpü rolundan daha geniş funksiyaya keçərək onları bir-birinə bağlayan əsas strateji aktorlardan birinə çevrilir”.

Deputat hesab edir ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də bu siyasətin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilməlidir:

“Mərkəzi Asiyanın Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi fonunda Azərbaycan-Özbəkistan əməkdaşlığı daha geniş geoiqtisadi mənzərənin mühüm elementinə çevrilir. Burada söhbət sadəcə iki ölkə arasındakı münasibətlərdən getmir. Məsələ daha böyük bir prosesdən, xüsusən də Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqazın vahid nəqliyyat, enerji və ticarət məkanında birləşdirilməsindən gedir.

Orta Dəhliz isə bu strategiyanın əsas dayaqlarından biridir. Digər tərəfdən, Azərbaycanın Şimal-Cənub istiqamətindəki imkanları ölkəni Avropa ilə yanaşı, Şimali və Cənubi Asiya arasında da mühüm bağlantı nöqtəsinə çevirir. Beləliklə, Azərbaycanın coğrafi mövqeyi sadəcə xəritədəki üstünlük olmaqdan çıxır və real geoiqtisadi üstünlüyə çevrilir. Əslində Bakının strategiyasının mühüm xüsusiyyəti də məhz budur: Azərbaycan öz coğrafiyasını siyasi və iqtisadi resursa çevirir. Nəqliyyat dəhlizləri genişləndikcə, enerji bağlantıları artdıqca və yeni əməkdaşlıq formatları yarandıqca Azərbaycanın regional əhəmiyyəti də yüksəlir.

Bu proses eyni zamanda təhlükəsizlik məsələsinə birbaşa təsir göstərir. Çünki bir-biri ilə daha sıx iqtisadi və logistika əlaqələri quran dövlətlərin sabitliyə marağı da artır. Dəhlizlərin təhlükəsizliyi, enerji xətlərinin fasiləsiz fəaliyyəti və ticarət marşrutlarının qorunması artıq yalnız bir ölkənin deyil, bütöv regionların ortaq marağına çevrilir”.

A. Nağıyevin fikrincıə, Azərbaycanın çoxvektorlu xarici siyasəti həm milli təhlükəsizlik, həm regional sabitlik, həm də daha geniş Avrasiya məkanında qarşılıqlı asılılığın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

“Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil. Bakı yeni əməkdaşlıq platformalarının formalaşmasına təsir göstərən, müxtəlif regionları bir-birinə bağlayan və təhlükəsizlik gündəliyinə töhfə verən ciddi aktora çevrilir”, - o vurğulayıb.
Deputat onu da qeyd edib ki, Bakı öz xarici siyasətini yalnız “kimlərlə əməkdaşlıq etmək” sualı üzərində qurmur: “Bakı üçün ən mühüm sual budur: Azərbaycan hansı əməkdaşlıq mexanizmlərini yaradaraq regionların bir-birinə daha sıx bağlanmasına və nəticə etibarilə sabitliyin möhkəmlənməsinə töhfə verə bilər?

Məhz bu yanaşma Azərbaycanın regional rolunu dəyişir. Ölkə artıq sadəcə enerji və tranzit ölkəsi deyil. Azərbaycan Avrasiya məkanında bağlantılar yaradan, əməkdaşlıq formatlarını genişləndirən, enerji və nəqliyyat təhlükəsizliyinə töhfə verən və regional proseslərin istiqamətinə təsir göstərə bilən mühüm geosiyasi aktora çevrilir”.

Mürtəza
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Avqust 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see637

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see565

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see443

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see311

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see307

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see306

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see293

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see283

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see250

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see243

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see230

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see229

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see217

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see215

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see213

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see213

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see195

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see188

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see185

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri