Icma.az
close
up
RU
Bakıdan “TikTok”un London ofisinə: Bir azərbaycanlının qlobal uğur hekayəsi MÜSAHİBƏ

Bakıdan “TikTok”un London ofisinə: Bir azərbaycanlının qlobal uğur hekayəsi MÜSAHİBƏ

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bugünkü müsahibimiz Əlixan Zülfiqar 2016-cı ildən etibarən Londonda yaşayır və “TikTok”un London ofisində böyümə və strategiya meneceri kimi fəaliyyət göstərir. O, kiçik və orta bizneslərin “TikTok” platformasında inkişafına dəstək verir.
Əlixan AZƏRTAC-ın London müxbiri ilə söhbətində öz karyera yolundan, “TikTok”da işləmək təcrübəsindən, azərbaycanlı kimi qlobal texnologiya şirkətində qarşılaşdığı çətinliklərdən və gələcək hədəflərindən danışıb. Müsahibəni təqdim edirik.
-Karyera yolculuğunuz necə başladı və “TikTok”da işləmək imkanını necə qazandınız?
-Karyeram texnologiyaya və onun ticarəti necə dəyişdirə biləcəyinə olan dərin marağımla formalaşıb. İlk illərdən e-ticarətin bizneslərin fəaliyyətini necə inqilabi şəkildə dəyişdirə biləcəyini hiss edirdim. Texnologiyanın real problemləri həll etmək gücünə olan heyranlığım məni bu sahədə daha da irəli aparmağa motivasiya etdi.
Britaniyada universiteti bitirdikdən sonra karyerama kiçik bir şirkətdə hesab meneceri kimi başladım. Burada çoxdilli bacarıqlarımdan (rus və türk dilləri) istifadə edərək beynəlxalq müştərilərlə işləyirdim. Daha sonra bir e-ticarət platformasına qoşularaq hesab idarəçiliyi və strategiya sahəsində təcrübəmi genişləndirdim.
“TikTok”da təcrübəmə uyğun vakansiya açıldıqda bu fürsəti dəyərləndirmək qərarına gəldim və artıq iki il yarımdır ki, “TikTok”da çalışıram. İlk olaraq hesab meneceri vəzifəsində böyük müştərilərlə işləyərək bizneslərin platformada böyüməsinə dəstək verdim. Zamanla inkişaf və strategiya meneceri vəzifəsinə yüksəldim və hazırda bizneslərin “TikTok”da uğur qazanması üçün genişmiqyaslı strategiyalar hazırlamağa fokuslanıram.

-“TikTok” kimi böyük bir şirkətdə işə qəbul çətin idi? Bu prosesi necə keçdin?
-Əlbəttə, bu çox rəqabətli bir proses idi. “TikTok” böyük texnologiya şirkətidir və hər vakansiya yüzlərlə yüksəkixtisaslı namizədi cəlb edir. İşə qəbul beş mərhələdən ibarət idi və bu müddətdə fərqlənməyin vacib olduğunu anlayırdım.
Çoxşaxəli iş təcrübəm, dörd dildə ünsiyyət bacarığım və güclü peşəkar bacarıqlarım mənə üstünlük qazandırdı. Proses çətin olsa da, çox dəyərli bir təcrübə oldu və “TikTok”da işləmək karyeramda verdiyim ən yaxşı qərarlardan biri oldu.
-Azərbaycanlı kimliyinizin “TikTok”dakı işinizə və qlobal bazarları başa düşməyinizə necə təsiri olub?
Azərbaycan coğrafi olaraq Şərqlə Qərbin kəsişməsində yerləşdiyindən, fərqli bazarları anlamaq və onlara uyğunlaşmaq üçün unikal bir perspektivə malikik. Bu bacarıq mənim “TikTok”da qlobal komanda ilə işləməyimə böyük kömək edir. Mədəni müxtəlifliklərin olduğu Azərbaycanda yetişmək mənə öyrətdi ki, lokal bazarların ehtiyaclarını anlamaq və fərdi yanaşma tətbiq etmək uğur üçün açar faktorlardan biridir.
-Qlobal bir texnologiya şirkətində çalışan azərbaycanlı kimi hansı çətinliklərlə qarşılaşdınız və onları necə aşdınız?
-“TikTok”un beynəlxalq mühitə malik olması və müxtəlif mədəniyyətləri bir araya gətirməsi mənim üçün ən cəlbedici məqamlardan biridir. Bununla belə, yeni iş mühitinə uyğunlaşmaq bəzən çətin ola bilər. Fərqli düşüncə tərzi və iş üslublarına alışmaq zaman tələb edir. Lakin burada insanlarla ünsiyyət qurduqca onların müxtəlif mədəniyyətlərə qarşı nə qədər açıq olduqlarını gördüm.

Bu fürsətdən istifadə edərək Azərbaycan mədəniyyətini həmkarlarımla bölüşməyə çalışıram. Onları Azərbaycan restoranına aparır, mətbəximiz, adət-ənənələrimiz haqqında danışıram və hətta Bakıya səfər etməyə təşviq edirəm. Bu, mənim üçün həm öz kimliyimi qorumaq, həm də mədəniyyətimizi tanıtmaq baxımından çox önəmlidir. Eyni zamanda, bu qarşılıqlı paylaşım həmkarlarımın da mənim ölkəm və onun zəngin mədəniyyəti haqqında daha çox öyrənməsinə imkan yaradır.
-“TikTok”da işləməyin ən həyəcanlı tərəfi nədir və sizi motivasiya edən əsas amil hansıdır?
-İşimdə ən maraqlı və motivasiyaedici məqam gördüyüm işin insanlara və biznes sahələrinə real təsir etdiyini görməkdir. Kiçik sahibkarlara və yaradıcı insanlara dəstək olmaq mənim üçün həmişə vacib olub və “TikTok” mənə bunu geniş miqyasda həyata keçirmək imkanı verir. Məsələn, yerli bir sahibkarın öz məhsulunu qlobal auditoriyaya çıxarmasına kömək etmək və ya bir yaradıcı insanın ehtirasını uğurlu bir biznesə çevirməsinə dəstək olmaq inanılmaz bir hissdir. “TikTok”un sahibkarlara yaratdığı imkanları gördükcə burada işləmək üçün motivasiyam daha da artır. Bundan əlavə, brendlərə “TikTok”un alqoritmlərindən düzgün istifadə edərək geniş auditoriyaya çatmağa kömək edirəm. Xüsusilə qürur duyduğum uğurlardan biri Britaniya sahibkarlarından birinə “TikTok” vasitəsilə biznesini 300 faiz böyütməsinə dəstək verməyimizdir.

-“TikTok” alqoritmi necə işləyir?
-“TikTok”un alqoritmi istifadəçi davranışlarını, baxış müddətini, qarşılıqlı əlaqələrini və keçmiş alış-veriş vərdişlərini analiz edərək, məzmun və məhsul tövsiyələrini fərdiləşdirir. Süni intellekt vasitəsilə istifadəçilərin nəyə maraq göstərə biləcəyini təxmin edərək, onlara uyğun məhsulları təqdim edir. Bu sistem platformadakı trend və istifadəçi maraqlarını müəyyən edərək, həm yaradıcıları, həm də biznes sahiblərini gücləndirir.
-Qlobal texnologiya şirkətlərində işləmək istəyən gənc azərbaycanlılara hansı məsləhətləri verərdiniz?
-Əsas tövsiyəm özünə inanmaq və risklərdən çəkinməməkdir. Azərbaycanlıların mədəni müxtəlifliyi və fərqli baxış bucağı qlobal texnologiya sektorunda üstünlük qazanmaq üçün vacib amillərdən biridir. Bu sahədə uğur əldə etmək üçün davamlı öyrənmək, texnologiyanın təqdim etdiyi imkanlardan maksimum istifadə etmək və yaradıcı düşünmək olduqca önəmlidir.
Texnologiya sahəsi daim inkişaf etdiyi üçün gənclər yeni bacarıqlar qazanmağa və yenilikləri tətbiq etməyə açıq olmalıdır. Eyni zamanda, problem həlletmə bacarığını inkişaf etdirmək və sürətli qərarlar vermək beynəlxalq şirkətlərdə uğurlu karyera qurmaq üçün vacibdir. Qlobal platformalar və onlayn təhsil resurslarından faydalanmaq, həmçinin müxtəlif mədəniyyətlərə açıq olmaq texnologiya sektorunda irəliləməyə kömək edəcək. Nəticə olaraq, uğur qazanmağın açarı bilik, inam və davamlı inkişafdır. Azərbaycanlı gənclər öz potensiallarına güvənərək beynəlxalq səhnədə öz yerlərini tuta bilərlər.
-E-ticarət sahəsində şəxsi hədəfləriniz nələrdir və karyeranızı necə görürsünüz?
-Məqsədim e-ticarəti daha əlçatan və effektiv etmək, həmçinin Azərbaycanın e-ticarət bazarının inkişafına töhfə verməkdir. Rəqəmsal transformasiya dövründə yerli brendlərin qlobal bazarda tanınmasına dəstək olmaq və onları beynəlxalq müştərilərlə əlaqələndirmək böyük potensiala malikdir.
Bunun üçün düzgün rəqəmsal strategiyalar tətbiq edərək, data analitikası və innovativ texnologiyalardan istifadə etməklə şirkətlərin daha səmərəli fəaliyyət göstərməsinə kömək göstərməyi hədəfləyirəm.

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri