Icma.az
close
up
RU
BakıKart sərnişinləri yolda qoyur NİYƏ?

BakıKart sərnişinləri yolda qoyur NİYƏ?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir müddətdir ki, paytaxtda dayanacaqlarda fəaliyyət göstərən “BakıKart” terminallarında metal pul vasitələrindən istifadə etmək mümkün deyil. 

Belə ki, həmin aparatların metal pul qəbul edən hissənin üzəri müxtəlif vasitələrlə bağlanılıb. Bu amil isə sakinləri çətin vəziyyətə salır. 

Belə ki, işə tələsən vətəndaşlar həmin aparatdan pul yükləmək istəsələr də terminallar yalnız kağız pul qəbul etdiyindən problemlə üzləşirlər.

Əgər vətəndaşın cibində kağız pul yoxdursa, demək o heç yerı gedə bilməyəcək. Artıq müəyyən müddətdir ki, davam edən bu problem nə vaxt həllini tapacaq?

Məsələ ilə bağlı “BakıKart”-ın yaydığı məlumata görə, hazırda bütün metro stansiyalarında “BakıKart” terminalları fasiləsiz fəaliyyət göstərir və sərnişinlərə balans artırmaq üçün həm kağız pul, həm də metal pul vasitələrindən istifadə imkanı təqdim olunur: 

“Metal pul qəbul etməyən bəzi terminallar yalnız texniki nasazlıqlar səbəbindən bu funksiyanı müvəqqəti olaraq dəstəkləmir. 

Lakin bu məntəqələrdə vətəndaşların çətinlik yaşamaması üçün həmin terminalların yanında metal pul qəbul edən əlavə terminallar mövcuddur və tam funksionalı dəstəkləyir. Mövcud texniki nasazlıqların aradan qaldırılması məqsədilə, “K Group” MMC terminal istehsalçısı ilə əlaqə saxlamış və istehsalçı tərəfindən mühəndis ezam olunub”.

“BakıKart”dan “Cebheinfo.az”-a bildirilib ki, paytaxtda bəzi terminallarda belə hal mövcuddur:

“Nə vaxt fəaliyyətinin tam bəpa olunacağı ilə bağlı dəqiq vaxtı deyə bilmərik. Bu istiqamətdə lazımi işlər aparılır. Yaxın vaxtda problem aradan qaldırılacaq. Ümumi neçə aparatda belə problem yaranmasına gəldikdə, bunu deyə bilməyəcəyik”.

Qeyd edək ki, vəziyyət heç də “BakıKart”ın məlumatında qeyd etdiyi kimi deyil. Məsələn, Səbail rayonu 20-ci sahədə yerləşən ərazidəki dayancaqda 2 “BakıKart” terminalı var ki, həmin terminallar da metal pul qəbul etmir.

Eyni zamanda, həmin terminalların yanında heç bir əlavə terminal mövcud deyil. Belə olduğu təqdirdə vətəndaşların vəziyyətdən necə çıxacağı isə sual doğurur.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 İyul 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri