Icma.az
close
up
RU
Bakıkart terminalları metrolardan yığışdırılır? RƏSMİ AÇIQLAMA

Bakıkart terminalları metrolardan yığışdırılır? RƏSMİ AÇIQLAMA

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son dövrlər Bakı metropolitenində bank kartları və QR kodla ödənişin mümkün olmasından sonra "Bakıkart" aparatlarından istifadəyə ehtiyac qalmadığı bildirilir. 

Ölkə.Az xəbər verir ki, bu da "Bakıkart" terminallarının metropolitenin stansiyalarından yığışdırılıb-yığışdırılmayacağı ilə bağlı sual doğurub.

Mövzu ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Ölkə.Az-ın sorğusuna cavab olaraq “Bakıkart” terminalları ilə bağlı məsələyə aydınlıq gətirib:

“Son dövrlərdə "Bakı Metropoliteni"ndə bank kartları və QR kodla ödəniş imkanlarının genişləndirilməsi sərnişinlər üçün əlavə rahatlıq yaradıb. Yeni ödəniş üsulları sürətlə inkişaf edərək, hazırda metroda keçidlərinin təxminən 50%-ni təşkil edir. Bu göstərici "Bakıkart" terminallarına olan tələbatın azaldığını göstərir.

Lakin “BakıKart” sisteminin plastik kartları inteqrasiya olunmuş nəqliyyat şəbəkəsinin vacib hissəsi kimi yalnız metroda deyil, həm də avtobuslarda vahid ödəniş vasitəsi kimi istifadə olunur və sərnişinlərin bir nəqliyyat növündən digərinə problemsiz keçidinə imkan verir.

Hərəkətin mobilliyini və müxtəlif nəqliyyat növləri arasında sərnişin axınının fasiləsiz davam etməsini təmin etmək baxımından, eləcə də bəzi stansiyalarda alternativ ödəniş üsullarının tam tətbiqi üçün yeni texniki infrastrukturun tam formalaşmadığını nəzərə alaraq, hazırda “BakıKart” terminallarından istifadəni tamamilə istisna etmək sərnişinlərə əlçatanlıq baxımından ciddi çətinliklər yarada bilər. Qeyd edilən amilləri nəzərə alaraq, hazırkı mərhələdə "Bakıkart" terminallarının metrodan yığışdırılması və ya sayının azaldılması məqsədəuyğun hesab edilmir”, - deyə cavabda bildirilir.

Billurə Yunus
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Aprel 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri