Icma.az
close
up
RU
Bakını hədəf alan məşhur ruslar: Əliyevlə Putin onları belə susdurdu

Bakını hədəf alan məşhur ruslar: Əliyevlə Putin onları belə susdurdu

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər Rusiya mediasında diqqətçəkən dəyişikliklər müşahidə olunur. Belə ki, uzun müddətdir anti-Azərbaycan ritorikası ilə tanınan Vladimir Solovyov, Konstantin Zatulin, Marqarita Simonyan kimi aparıcı və siyasətçilərin efirdə çıxışları əvvəlki kimi kəskin səslənmir. Bəzi analitiklər bunu Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putinin Düşənbə görüşündən sonra formalaşan yeni siyasi tonla əlaqələndirirlər.

Bu qəbildən olan çıxışların səngiməsi təsadüfdür, yoxsa prezidentlərin ortaq mövqeyindən irəli gəlir?

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, oktyabrın 9-da baş tutan Düşənbə görüşü ölkələr arasında yaranmış gərginliyi aradan qaldırdı:

Hikmət Babaoğlu

“Həmin zaman Vladimir Putinin nümayiş etdirdiyi yanaşma Azərbaycanın mövqeyi ilə uzlaşdı və mövcud gərginliyin davam etməsinə imkan vermədi. Bu, sadə məsələ deyildi. Onun yaranmasında maraqlı olan müxtəlif mərkəzlər, o cümlədən erməni lobbisi, eləcə də Qərbdən Rusiyaya ötürülən müəyyən informasiya meylləri və təbliğat tendensiyaları rol oynayırdı. Hazırda Rusiya mediasında və ictimaiyyətində Azərbaycana qarşı müşahidə olunan ritorikanın yumşalması məhz Düşənbə görüşünün nəticəsidir. Orada Prezident İlham Əliyev vurğuladı ki, dövlət başçılarının səsləndirdiyi fikirlər hər iki ölkənin ictimaiyyəti üçün də bir ismarıc olmalıdır. Bu, münasibətlərin tam normallaşmasına xidmət edən əsas çağırış idi”.

Deputat Arzuxan Əlizadə xatırladıb ki, Rusiyada həm media, həm də bəzi rəsmilər ölkəmizə qarşı uzun müddətdir mənfi münasibət sərgiləyirdi:

“Xüsusilə Salovyov, Zatulin kimi şəxslər və digər anti-Azərbaycan qüvvələr media vasitəsilə açıq şəkildə ölkəmizə qarşı təbliğat aparırdılar. Onların bu fikirləri usiyanın rəsmi siyasi mövqeyini əks etdirirdi. Çünki Vladimir Putin və administrasiyasının razılığı olmadan belə ritorika ilə çıxış etmək mümkün deyildi. Lakin prezidentlərin Düşənbə görüşündən sonra yanaşma dəyişdi, Rusiyanın siyasi rəhbərliyində, xüsusilə prezident səviyyəsində Azərbaycana münasibətdə yeni mərhələ başladı. Qarşıdakı dövrdə bu siyasətin hansı istiqamətdə davam edəcəyini daha aydın görmək mümkün olacaq”.

Arzuxan Əlizadə

Millət vəkili qeyd edib ki, İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan mövqeyi nəticəsində rəsmi Bakının haqlı tələbləri faktiki olaraq qəbul edildi:

“Hazırda Rusiya mediası ilə yanaşı, siyasi dairələrində də Azərbaycana münasibətdə müsbət ton hiss olunur. Ümid edirəm ki, bundan sonra qarşı tərəf son 10 ay ərzində göstərdiyi aqressiv mövqedən tamamilə uzaqlaşacaq və əlaqələrdə real istilik yaranacaq. Təəssüf ki, həmin müddətdə Rusiyada Azərbaycan diasporasının nümayəndələrinə qarşı hücumlar, miqrant və iş adamlarımıza qarşı təzyiqlər, hətta cinayət hadisələri də baş verdi. Bu cür halların geridə qalması və iki ölkə arasında münasibətlərin normal məcraya qayıtması arzuolunandır”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see391

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see283

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see250

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see244

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see239

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see237

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see236

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see234

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see225

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see220

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see218

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see212

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see209

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see202

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see199

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see197

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see193

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see191

Danimarka XİN: Qrenlandiya üzrə ABŞ lə razılaşmada suverenlik qorunub

21 Sentyabr 2026 03:02see187

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri