Icma.az
close
up
RU
Bakını zəhərli tüstü bürüdü: İnsanlar təhlükədə... Ekologiyanı kimlər zəhərləyir? VİDEO

Bakını zəhərli tüstü bürüdü: İnsanlar təhlükədə... Ekologiyanı kimlər zəhərləyir? VİDEO

Icma.az, Sitat.info saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi  Zığ-Hava limanı avtomobil yolunun yaxınlığında yerləşən ərazilərində zavodlardan çıxan tullantılar yandırılaraq, zəhərli tüstüsü havaya buraxılır.

Sitat.info-ya danışan sakinlər də təsdiqləyirlər ki, hər həftə ətrafda fəaliyyət göstərən zavod və fabrikərin tullantıları yandırılır.

Bu zaman dəhşətli mənzərə ortaya çıxır. Göy üzünü böyük qara tüstü kütləsi bürüyür. Tullantılardan çıxan zəhərli tüstü qəsəbəyə yayılır. 

Sitat.info olaraq ötən gün bu barədə bir videomaterial yayımlamışdıq. Hazırda izləyəcəyiniz bu video da ötən ay lentə alınıb. Bu durum sözügedən ərazidə mütəmadi tullantıların yandırıldığını sübut edir.

Qeyd edək ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də əlaqə saxladıq. Onlar məsələnin yerində araşdırılacağını bildirdilər. Təəccüblüsü odur ki, Bakının hər yerindən görünən bu "mənzərə"ni Ekologiya Nazirliyinin əməkldaşarı görə bilmir. Bəlkə də görürlər, amma göz yumurlar... Nə görə? Niyə bu ərazidə yaşayan insanlar nə olduğu bilinməyən tulllantıların tüstüsü ilə zəhərlənməlidir? Bəlkə bu tullantıların tərkibində insan sağlamlığı üçün çox təhlükəli olan maddələr var! Bakıda bu vəziyyət təkcə bu ərazi ilə məhdudlaşmır. Daha öncə də Bakının bir çox nöqtəsindən bu səpkidə reportajlarımız olub. Misal üçün "Baku Steel Company" şirkəti Bakının tən ortasında, günün günorta çağında zavoddan çıxan tüstünü  ətrafa yayır. 

Bir məsələni də qeyd edək ki, öncəki nazir Muxtar Babayev yeni təyin olunanda bu məsələ gündəmdə idi və Bakının ekoloji təmizliyini qorumaq, hava çirkliliyini azaltmaq üçün ciddi prosesə başlanıldı. Hətta restoranlardan, şadlıq saraylarından havaya  buraxılan tüstünün qarşısını almaq üçün tələblər qoyuldu. Ancaq bu da effekt vermədi. İndi isə vəziyyət daha da acınacaqlıdır və nəzarət tamamilə itib. 

Qeyd edək ki, mövzunu davam etdirəcək və nazirliyin müvafiq açıqlamasını da yayımlayacağıq. 

Həmin videonu təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sitat.info
archiveBu xəbər 10 Aprel 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri