Icma.az
close
up
RU
Bakının 7 rayonunda qəzalı və köhnə binalar sökülür

Bakının 7 rayonunda qəzalı və köhnə binalar sökülür

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır.

AzPost xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

O deyib ki, bu ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb: “Sözügedən binaların söküntüsü planlaşdırılır. Söküntüdən əvvəl dövlət xətti ilə dövlət büdcəsindən və investorlar vasitəsilə prosesin aparılması və kompensasiyaların aparılması nəzərdə tutulur. Həmçinin bəzi ərazilərdə abadlıq işlərinin görülməzi, parkların salınması gözlənilir”.

Sədr vurğulayıb ki, öz mülkündən imtina edən vətəndaşlara kompensasiya verilir ki, onlar başqa ərazilərdə özləri üçün yaşayış sahələri əldə edə bilsinlər: “Əgər söküntünün getdiyi ərazidə yeni binaların inşası aparılarsa, həmin binadan vətəndaşlara yeni mənzillər təklif olunur. Bəzən deyirlər ki, kompensasiyanın miqdarı daşınmaz əmlakın dəyəri bazar qiymətinə uyğun müəyyən olunur. Biz Qiymətləndiricilər Cəmiyyəti olaraq daşınmaz əmlakın dəyərini onun yerinə tikiləcək yeni binanın satışında bir kvadratmetrə düşən məbləğə əsasən hesablayırıq. Bunun əsas səbəbi isə vətəndaşın yaşadığı əraziyə yaxın yerdə özünə mənzil ala bilməsinə şərait yaradılması ilə əlaqədardır”.

Vüqar Orucov bildirib ki, qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş tikililər fövqəladə hallar zamanı insanların həyatı üçün ciddi risk yaradır: “Bəzi tikililər sürüşmə zonalarında, neft ilə çirklənmiş ərazilərdə, yüksəkgərginlik xəttin keçdiyi yerlərdə inşa olunub. Bunların hər biri insanın həyatını riskə atan amillərdir. Risk faktorunun aradan qaldırılması üçün də müvafiq söküntü işləri aparılır. Bəzi fərdi yaşayış evləri var ki, kommunikasiya xətlərinin keçdiyi torpaq sahəsində qanunsuz inşa edilib, mühafizə zolağına daxildir. Bu evlər də sökülür və lazımi kompensasiya ödənilir”.

Sədr əlavə edib ki, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na uyğun olaraq şəhərin yenidən planlaması həyata keçirilir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see279

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see247

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see246

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see235

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see215

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see214

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see211

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see209

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see205

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see204

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see204

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see200

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see199

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see193

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see174

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see173

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see169

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see167

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see162

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri