Icma.az
close
up
RU
Bakının artan əhalisi şəhər infrastrukturuna necə TƏSİR edir?

Bakının artan əhalisi şəhər infrastrukturuna necə TƏSİR edir?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Əhalinin şəhərlərə axını getdikcə sürətlənir. Son statistikalara əsasən, Azərbaycan əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri təşkil edir. Bununla da şəhər infrastrukturu qarşısında yeni tələblər yaranır. Artan əhali sayı nəqliyyat, yollar, kommunal xidmətlər, səhiyyə, təhsil və digər xidmətlərinə olan tələbatı da artırır.
Bəs mövcud şəhər infrastrukturu bu artımı qarşılaya bilirmi?
Məsələ ilə bağlı Bizim.Media iqtisadçı ekspert Natiq Cəfərlinin fikrini öyrənib. Onun sözlərinə görə, xüsusilə Bakı şəhərinin infrastrukturu hazırda ciddi stress və təzyiq altındadır:
“Həm tıxaclar, həm metropoliten, avtobus və ictimai nəqliyyat, həm də su-kanalizasiya sistemi indiki əhali sayının yaratdığı yükü qarşılaya bilmir. Bu səbəbdən çoxsaylı problemlər yaşanır. Hətta yağışlar zamanı daha ciddi çətinliklərin yarandığının şahidi oluruq. Yəni, infrastruktur baxımından Bakı artıq yüklənib. Bundan sonra da əhalinin axını daha böyük problemlərə yol aça bilər.
Bakının yükünü azaltmaq üçün digər böyük şəhərlər konsepsiyası yaradılmalıdır
Məsələn, Xankəndi yarım milyonluq şəhərə çevrilməli, Gəncə bir milyonluq şəhər olmalı, Şəki, Mingəçevir, Lənkəran kimi şəhərlər də böyüməlidir. Bu şəhərlər ən azı 250-300 minlik şəhərlərə çevrilməlidir ki, Bakının yükü azalsın və həmin şəhərlərdə də ictimai mühit formalaşsın”.
N.Cəfərlinin fikrincə, Bakı yalnız iqtisadi imkanlarına görə cəlbedici deyil:
“İnsanlar təkcə iqtisadi fürsətlər axtarmırlar. Mədəni və ictimai imkanlar da əsasən Bakıda cəmləşir. Ona görə bütün bunların kompleks şəkildə həlli lazımdır. Məsələyə yalnız infrastrukturun yüklənməsi baxımından yanaşmaq olmaz. Əhalinin digər böyük şəhərlərdə cəmləşməsinə şərait yaratmaq lazımdır. Təkcə Bakının deyil, digər cəlbedici şəhərlərin formalaşdırılmasına təcili ehtiyac var. Hətta ciddi böyük şəhərlər formalaşdırılsa və onların cəlbediciliyi artsa, Bakıdan həmin şəhərlərə köç də baş verə bilər”.
Qeyd edək ki, hazırda dünya əhalisinin 55 faizindən çoxu şəhərlərdə yaşayır və proqnozlara görə, bu rəqəm 2050-ci ilə qədər təxminən 70 faizə çatacaq. 
Xədicə Paşayeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Avqust 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see688

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see398

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see243

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see221

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see198

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see195

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see193

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see192

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see189

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see186

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see183

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see177

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see176

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see175

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see174

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see160

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri