Icma.az
close
up
RU
Bakının azadlığından Azadlıq Meydanındakı Zəfər paradına…

Bakının azadlığından Azadlıq Meydanındakı Zəfər paradına…

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan ilə Türkiyə bütün sınaqlardan şərəflə çıxaraq “bir millət, iki dövlət” şüarının (söz ilə əməl birliyinin) ruhuna sadiqliyini sübuta yetirib. 107 il öncə bu gün - 15 sentyabr 1918-ci ildə Azərbaycan Milli Ordusunun Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşeviklərdən azad etməsi də bu mənəvi-siyasi gerçəkliyin inkaredilməz tarixi ifadəsidir.Çiyin-çiyinə addımladığımız, şanlı qürur amilinə çevrilən müasir tariximiz isə ibrətamiz hadisələr və ibrət dərsləri ilə zəngindir:

- 44 günlük Vətən müharibəsi “Azərbaycan daim Türkiyənin yanındadır!”, - deyə inamla və qətiyyətlə vurğulayan Azərbaycanla “Can Azərbaycanı heç vaxt yalnız buraxmarıq!” söyləyən Türkiyənin müdhiş birliyinin tarixi simvoluna çevrildi. Qardaş ölkənin mənəvi-siyasi dəstəyi Azərbaycanı 30 il hərbi-siyasi əsarətdə qalmış torpaqlarını azad - xilas etməyə ruhlandırdı, inam, əzm və güc verdi;
- Bakının işğaldan azad edilməsindən 102 il sonra - 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı ölkəmizin qüdrətinin, şanlı qələbəsinin nümayişi olmaqla yanaşı, bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluq və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi, qardaşlığımızın sarsılmaz olduğunu bütün dünyaya göstərdi;
- Qars müqaviləsindən 100 il sonra Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verildi. Biz müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu təsdiqlədik.
Dolayısıyla, bu gün qürurverici tariximizin parlaq səhifələri, Qələbə dastanı – qəhrəmanlıq salnaməsi olan Çanaqqala və Qarabağ zəfərlərini iftixarla xatırlayır, ehtiramla yad edirik. Həm Çanaqqala döyüşlərində, həm də İkinci Qarabağ savaşında 3 mindən çox azərbaycanlının şəhidlik zirvəsinə yüksəlməsi məhz qardaşlıq zərurətidir.
Bu gün ölkəmizdə Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda canlarını qurban vermiş 1300-ə yaxın Qafqaz İslam Ordusu döyüşçüsünün xatirəsinə ucaldılmış abidə - Türk Şəhidliyi şanlı tariximizin və taleyimizin əzəmətli simvollarındandır. Əminik ki, Şamaxıda adsız məzarlıqda uyuyan şəhidlərimizin də ruhu şaddır. Bunlar ortaq keçmişə malik xalqlarımızın, bir millətin iki dövləti olan Azərbaycan və Türkiyənin müqəddəs and yerləri – qürur məkanlarıdır.
Biz siyasətdə olduğu kimi, mənəviyyatda – ali və müqəddəs məqamlarda da vəhdətdəyik!
Zəfər yürüşümüz isə davam edir!

Nurlan Qələndərli
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri