Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

2027 ci ildən Bakıya köç daha da artacaq?

Bakının bu ərazilərində avtomobil sürmək pullu olacaq Siyahı açıqlandı

Bakının bu ərazilərində avtomobil sürmək pullu olacaq Siyahı açıqlandı

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq və həmin ərazilərə avtomobillə daxil olan sürücülərdən haqq alınacaq.

Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Avtomobil yolları haqqınd” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Yeni dəyişikliklərə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları müəyyən ediləcək.

Həmin zonalara nəqliyyat vasitələrinin daxil olmasına görə ödəniləcək haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək. Toplanan vəsait dövlət büdcəsinə köçürüləcək. Digər dəyişiklik avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarına aiddir. Təklifə əsasən, bu sahədə fəaliyyət göstərən daşıyıcıların məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərməsinə görə subsidiya ayrılacaq.

Subsidiya dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək və onun verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, burada ödənişli ərazilər və ödənişli hərəkət zonaları nəzərdə tutulursa, həmin zonaların harada yerləşəcəyi hələlik bəlli deyil:

"Ümumilikdə, hazırda bəzi ərazilər, məsələn, İçərişəhər bu baxımdan nümunə ola bilər. Eyni zamanda, başqa bir neçə ərazini də mövcud nümunələr kimi qeyd edə bilərik. Lakin qanunda yeni ödənişli ərazilərin yaradılacağı və həmin zonalara girişin pullu olacağı göstərilir. İndi əsas məsələ bu ərazilərin nə vaxt müəyyənləşdiriləcəyi və hansı meyarlar əsasında seçiləcəyidir. Hazırkı yanaşmanı isə bir çox ölkələrin təcrübəsi ilə əlaqələndirmək olar. Belə ki, bəzi ölkələrdə şəhərlərin mərkəzi hissələrinə avtomobillə girişi məhdudlaşdırmaq, mərkəzə daxil olan avtomobillərin sayını azaltmaq məqsədilə bu cür qaydalar tətbiq olunur. Bu, həm də şəhər mərkəzində avtomobillərin yaratdığı çirklənmənin qarşısını almağa hesablanmış addımdır. Bu baxımdan hesab edirəm ki, yanaşma ədalətlidir. Bir çox insanlar şəhər mərkəzinə avtomobillə, əslində, zərurət olmadığı halda gəlirlər. Halbuki həmin məsafəni avtomobilsiz də qət edə bilərlər. Belə qaydaların tətbiqində dövlətin məqsədi vətəndaşlardan pul toplamaq deyil. Əsas maraq şəhər mərkəzinin avtomobillərlə yüklənməsinin qarşısını almaqdır”.

Ekspertin sözlərinə görə, ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar əsasında həyata keçiriləcək:

"Toplanan vəsait dövlət büdcəsinə yönəldiləcək və gələcəkdə avtobusların, eləcə də avtobus parkının inkişafına sərf olunacaq. Daha doğrusu, bu gün artıq avtobuslara qət etdikləri məsafəyə görə dövlət tərəfindən ödəniş edilməsi sistemi fəaliyyət göstərir. Biz bunu brutto müqaviləsi adlandırırıq. Brutto müqaviləsi o deməkdir ki, avtobusların qət etdiyi məsafəyə uyğun olaraq dövlət daşıyıcı şirkətlərə ödəniş edir.

Bu vəsaitin məqsədi daşıyıcı şirkətlərin inkişafını təmin etmək, onların daha fəal işləməsinə, daha çox sərnişin daşımasına və xidmətlərini genişləndirməsinə stimul yaratmaqdır. Yəni vətəndaşlardan ödənişli zonalara giriş üçün alınan vəsait avtobus daşımalarını həyata keçirən şirkətlərin balansına köçürüləcək. Beləliklə, həmin pulun xərclənməsi mexanizmi də artıq müəyyənləşib”.

Aynur Babazadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 18 Noyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see358

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see314

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see299

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see279

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see278

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see275

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see274

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see270

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see253

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see247

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see247

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see246

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see241

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see235

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see232

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see223

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see220

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see219

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see188

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri