Bakının iki rayonunda elektrik enerjisi kəsiləcək KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar bu gün elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
KONKRET.az xəbər verir ki, “Azərişıq” ASC-dən bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə adıçəkilən rayonlarda yerləşən bəzi transformator məntəqələrində təmir-təftiş işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Arif Mehdiyev, Əsəd Əhmədov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nizami RETSİ-nin xidmət ərazisinə daxil olan Babək prospektinin, eləcə də Keşlə qəsəbəsinin 1-ci və 4-cü Köndələn küçələrinin bəzi ərazilərində isə saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 Sentyabr 2026 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















