Icma.az
close
up
RU
Bakının İslam həmrəyliyi yolunda önəmli addımları

Bakının İslam həmrəyliyi yolunda önəmli addımları

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkəmiz müsəlman aləminin vəhdətini, vahid ailə modelini təşviq edir

Azərbaycanın son illər artan siyasi, iqtisadi və diplomatik imkanları ölkənin beynəlxalq münasibətlər sistemində çəkisini əhəmiyyətli dərəcədə artırıb. Regional proseslərdə daha fəal mövqe tutan, yeni nəqliyyat və enerji layihələri ilə coğrafi əhəmiyyətini genişləndirən, Türk dünyası və İslam aləmi ilə əlaqələrini strateji müstəviyə yüksəldən rəsmi Bakı geniş coğrafiyanın siyasi gündəliyinə təsir edən aktorlardan birinə çevrilib. Amma bu zaman ölkəmizə qarşı informasiya müstəvisində təzyiqlərin artması da müşahidə olunur.

Prezident İlham Əliyevin Bakıda beynəlxalq konfransların iştirakçıları olan din xadimləri ilə görüşündə səsləndirdiyi fikirlər bu baxımdan diqqət çəkir. Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, TDT-nin müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edən dövlət başçısı bildirdi ki, Azərbaycan öz potensialını tam şəkildə işə saldıqca ölkəyə qarşı Qərbdən çirkin media kampaniyası aparılır. Onun sözlərinə görə, Azərbaycan haqqında hər gün yalan, iftira və böhtanla dolu yazılar dərc edilir: “Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur”.

Bu yanaşma, əslində, müasir beynəlxalq siyasətin reallıqlarından birini ortaya qoyur: bu gün dövlətlərin rəqabəti artıq hərbi, siyasi və iqtisadi müstəvilərlə məhdudlaşmır. İnformasiya, media və ictimai rəy də geosiyasi mübarizənin əsas alətlərindən birinə çevrilib. Bir ölkənin beynəlxalq imicinə təsir göstərmək, onun legitimliyini və etibarlılığını şübhə altına almaq, daxildə və xaricdə mənfi təsəvvür formalaşdırmaq bəzən birbaşa siyasi təzyiq qədər təsirli vasitə hesab olunur. Azərbaycanın timsalında informasiya müstəvisində gedən proseslərə bu kontekstdən yanaşmaq mümkündür. Ölkəmizin müstəqil siyasət yürütməsi, müxtəlif güc mərkəzləri arasında balanslı münasibətlər qurmağa çalışması, milli maraqlarını regional və qlobal səviyyədə daha qətiyyətlə müdafiə etməsi müəyyən dairələrin narazılığı ilə qarşılaşır. Bu narazılığın bir hissəsi media platformalarında Azərbaycan haqqında sistemli şəkildə mənfi materialların yayılması formasında özünü açıq büruzə verir.

Belə vəziyyətdə dövlətin siyasi və iqtisadi gücü qədər informasiya dayanıqlılığı da mühüm əhəmiyyət daşıyır. Ölkə öz həqiqətlərini beynəlxalq auditoriyaya nə qədər düzgün, operativ və peşəkar çatdıra bilirsə, birtərəfli informasiya kampaniyalarının təsir imkanları da bir o qədər məhdudlaşır. Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri də məhz budur: Əldə edilən nəticələri yalnız daxili auditoriyaya deyil, beynəlxalq ictimaiyyətə də daha sistemli şəkildə təqdim etmək. Bunun üçün diplomatik fəaliyyətlə yanaşı, media, ekspert diplomatiyası, akademik əməkdaşlıq, beynəlxalq tədbirlər və ictimai kommunikasiya imkanlarından səmərəli istifadə edilməlidir.

Burada ortaya digər vacib nüans çıxır: Hazırkı vəziyyətdə informasiya mübarizəsi yalnız Azərbaycanla Qərb arasındakı münasibətlər çərçivəsində nəzərdən keçirilməməlidir. Prezident İlham Əliyevin çıxışında diqqətçəkən digər mühüm məqam Türk dünyasının, Qafqazın və İslam aləminin birliyinin vacibliyinə dair fikirlərdir. Dövlət başçısının dediyi kimi, bizim birliyimiz hər birimizi gücləndirəcək: “Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq”. Bu fikirlər, əslində, Azərbaycanın xarici siyasətinin son illərdə əsas istiqamətlərindən birini açıq və sadə notlarla ifadə edir. Azərbaycan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirməklə yanaşı, daha geniş regional və mədəni-tarixi əməkdaşlıq platformalarının gücləndirilməsinə xüsusi əhəmiyyət verir.

Azərbaycanın TDT-dəki fəal mövqeyi, Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin sürətlə inkişaf etməsi, İslam dünyası ilə əlaqələrin genişləndirilməsi və Qafqazda yeni əməkdaşlıq imkanlarının təşviqi bu siyasətin müxtəlif istiqamətlərini təşkil edir. Bu prosesdə Azərbaycan üçün mühüm üstünlüklərdən biri də coğrafi mövqeyidir. Şərqlə Qərb, Şimalla Cənub arasında yerləşən ölkə həm nəqliyyat, həm enerji, həm də siyasi baxımdan müxtəlif regionları birləşdirən platformaya çevrilmək imkanına malikdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və digər regional layihələr Azərbaycanın iqtisadi potensialını siyasi təsir imkanları ilə birləşdirir.

Azərbaycanın Türk dünyası və İslam ölkələri ilə əməkdaşlığa verdiyi əhəmiyyətin əsas səbəblərindən biri də budur. Bu baxımdan gələn il Azərbaycanda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının toplantısı xüsusi siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev həmin Zirvə görüşünün Azərbaycanda keçiriləcəyinin anonsunu verərək mühüm nəticələr əldə olunacağına əminliyini ifadə edib. Dövlət başçısının əsas gözləntilərindən biri də sammitə qədər bəzi müsəlman ölkələri arasında mövcud olan anlaşılmazlıqların, qarşıdurmaların və toqquşmaların başa çatmasıdır. Çünki parçalanmış, daxili ziddiyyətləri dərinləşən və bir-birinə qarşı münaqişə vəziyyətində yaşayan ölkələr xarici təsirlərə daha açıq olur. Əksinə, problemlərini dialoq yolu ilə həll edən və ortaq maraqlarını önə çəkən dövlətlər öz gələcəklərini daha müstəqil şəkildə müəyyənləşdirmək imkanına malikdirlər.

Nəticə etibarilə, güclənən Azərbaycanın qarşısında duran əsas məsələ yalnız güc toplamaq deyil, həmin gücü siyasi həmrəyliyə, iqtisadi əməkdaşlığa, informasiya dayanıqlılılığına, dini vəhdətə və davamlı sülhə çevirməkdir. Çünki müasir dünyada təkcə güclü olmaq kifayət etmir. Əsas məsələ həmin gücü tərəfdaşlıq, birlik və milli maraqlar ətrafında səfərbər edə bilməkdir.

Tacir SADIQOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri