Icma.az
close
up
RU
Bakının masaj salonlarından gizli videoreportaj (VİDEO+18)

Bakının masaj salonlarından gizli videoreportaj (VİDEO+18)

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

- Gəl həyatım. Sənə ömründə görmədiyin həzzi yaşadım. Mənimlə olsan peşman olmayacaqsan.

-Bəs nə qədər xərcim çıxacaq?

-Bir saatı 60 manat, yarım saatı 40 manat. Bu pulun içində hamısı var. Masaj, seks və... BAKU.WS-in məlumatına görə, bu dialoq Cavid Babayevlə "28 may” metrosu yaxınlığındakı masaj salonlarından birində çalışan 21 yaşlı qız arasında baş verib. Yəqin bildiniz ki, söhbət nədən gedir? Çünki Bakıda masaj salonu adı altında fəaliyyət göstərən fahişəxanaların sayı olduqca çoxdur. Əsasən də, "28 may” metrosu yaxınlığında addımbaşı bu cür obyektlər faəliyyətdədir. Burada hər gün qadınlar masaj adı altında bədənlərini satırlar. Axşam saatlarıdır. Hava qaralıb. Deyəsən, müştərilərin sayı da getdikcə artır. Kameramızı sazlayıb əvvəlcə bir masaj salonuna enirik. Yaşı 18-dən 40-a kimi olan xanımlar foyedə siqaret tüstülədə-tüstülədə növbəti müştərilərini gözləyirlər. Bekar olanlar üst-başlarına əl gəzdirir, növbəti müştərinin "gözünə girməyə” çalışırlar. Bəziləri isə zarafatlarından qalmır, diqqət çəkmək üçün arabir ucadan gülürlər. Öyrənirik ki, burada bir "masaj" seansının qiyməti 50-60 manatdır. Burada çalışanların dediyinə görə, həmin pulun 25-30 manatı onların özünə, yarısı isə buranın sahibinə çatır. Qızlara müştəridən nömrə almaq, nömrə vermək qadağası qoyub. Səbəbsə odur ki, müştəri növbəti dəfə xidmətdən istifadə etmək üçün yenidən eyni məkana gəlsin. Yəni həmin qızı harasa dəvət etməsin. Lakin müştəri kimi içəri girdiyimizə görə 21 yaşlı Lola (şərti ad) ilə söhbətə başladıq. Öyrəndik ki, Lola gündə 25-30 müştəri qəbul edir. Həm gənc, həm də gözəl olduğu üçün digər qızlardan fərqli olaraq ona daha çox yaxınlaşırlar. İş o yerə çatıb ki, Lola bəzən öz müştərilərini digər xanımlar üçün düzəldir. Əvəzində isə hər qızdan əlavə olaraq 10 manat götürür. Lola bu pulu siqaretpulu adlandırır. Söhbət zamanı Lolanın çəkdiyi siqaretin tüstüsü ilə üstünə vurduğu ətirin iyi qarışıb insanı birtəhər edirdi. Üstəlik yarıçılpaq bədəni və sinəsini gözə soxan Lola müştərini daha tez ələ almağı bacarır.

Qızlar müştəriləri salonun ikinci mərtəbəsinə qaldırırlar. Orada şəraiti olmayan otaqlarda köhnə çarpayının üstündə uzanan müştərilər qızların ehtiraslı hərəkətlərini seyr etdikcə ağılları başdan olur. "Masaj”çi xanımlar daqa bundan istifadə edərək müştərini şirin dilə tutur və daha çox pul istəyirlər. Əlavə 10-20 manat qopardıqdan sonra isə müştərini birtəhər razı salmağa çalışırlar. Seksdən sonra müştəriyə duş almaq üçün şərait də yaradılır. Qeyd edək ki, bura gələnlərin əksəriyyəti gənclərdir. Lakin bəzən yaşlı kişilərin də yolu bura düşür. Həmin ərzidə isə demək olar ki, 10-dan çox belə obyekt var. Lakin onların hamısında qiymətlər 60 manatdan 35 manata qədərdir. Burada adi suyu 2 manata, digər 1 manatlıq içkiləri isə 5-10 manata satırlar. Əgər müştəri spirtli içki istəyərsə, onda onun azı 20 manat xərci çıxacaq.

Çətini müştəriləri bura çəkib gətirməkdir. Sonrası isə qızların öz "fərasəti"nə qaldır. Qızlarda ki, müştərilərini razı salmaq üçün min hoqqadan çıxırlar. Görəsən burada çıxarılan oyunlardan müvafiq qurumların xəbəri varmı? 

Ziya Səccad BAKU.WS

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:1190
embedMənbə:https://baku.ws
archiveBu xəbər 08 Fevral 2026 04:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri