Icma.az
close
up
RU
Bakının məqsədi müharibə deyil, istəyir ki... Erməni ekspert

Bakının məqsədi müharibə deyil, istəyir ki... Erməni ekspert

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Suriyada baş verən son hadisələr Türkiyənin mövqeyini xeyli gücləndirdi və Türkiyə artıq qonşu ölkədə hakimiyyətin ötürülməsi prosesinə rəhbərlik etmək, orada böyük rol oynamaq baxımından böyük məsuliyyət, böyük yük götürmək baxımdan ciddi sərmayə qoydu. Lakin Türkiyə Cənubi Qafqazda eyni rolu oynamaqda, regiondakı proseslərdə eyni intensivlik və həcmdə birbaşa iştirak etməkdə maraqlı deyil".

Ölkə.Az xəbər verir ki, bu fikirləri erməni ekspert Ruben Safrastyan Suriyada baş verən proseslərin Cənubi Qafqaz regionuna necə təsir edəcəyi və Türkiyənin iştirakının nə dərəcədə böyük olacağı sualına cavab verərkən deyib.

“Cənubi Qafqazda vəziyyətin pisləşməsini görmək indi Türkiyənin maraqlarına uyğun deyil. Bu strateji məsələyə daha geniş prizmadan baxsaq, qeyd etmək lazımdır ki, Yaxın Şərq mühüm geosiyasi dəyişikliklər dövrünü yaşayır. Bu dəyişikliyin də əsas mahiyyəti ABŞ-nin Yaxın Şərq regionundan geri çəkilməsidir. Türkiyə Amerika tərəfi ilə fəaliyyətini koordinasiya edib lazımi dəstəyi alaraq, bu boşluğu doldurmağa çalışacaq. Bununla qənaətə gəlmək olar ki, Türkiyə Cənubi Qafqazda vəziyyəti daha da gərginləşdirərək hiperaktiv rola can atmayacaq”, - Safrastyan bildirib.

Ekspert əlavə edib ki, Türkiyənin son illərdə Ərdoğanın rəhbərliyi altında strateji məqsədi Türkiyəni dünyanın mühüm qərar qəbul edən ölkələrindən birinə çevirməkdir. Ərdoğan Türkiyəni qlobal oyunçuya çevirməyə çalışır.

“Türkiyə hazırda Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsi, həmçinin Ermənistan-Azərbaycan razılaşması ilə sənədləşdirilməsi və Azərbaycana faydalı olması nəticəsində yaranan status-kvoda maraqlıdır. “Düşünürəm ki, Türkiyə yaxın gələcəkdə burada gərginliyin artmasını və ya yeni müharibənin başlamasını istəməz”, - o qeyd edib.

Son vaxtlarda Azərbaycanın Ermənistana qarşı təzyiqlərini şərh edən ekpsert bildirib ki, Bakının əsas məqsədi Ermənistana təzyiq edib daha böyük güzəştlərə nail olmaqdır. "Ona görə də Ermənistana təzyiq göstərmək üçün davakar ritorikadan istifadə edir. Lakin mən əmin deyiləm ki, bu ritorika Ermənistana qarşı real müharibəyə əsaslanır, çünki ritorika ilə reallıq fərqli şeylərdir.  Amma müharibə ssenarisi də istisna deyil”, - deyə ekspert bildirib.

Safrastyanın fikrincə, Türkiyənin Cənubi Qafqazda Rusiya və İranla qarşıdurma yaratmaq istəyi yoxdur. "Ankara hazırda əldə etdikləri ilə kifayətlənir. Baxmayaraq ki, gələcəkdə öz mövqelərini gücləndirməyə cəhd göstərməsi mümkündür.
Türkiyə sadəcə olaraq başqa, daha böyük oyunlarda iştirak edir. Rusiya, İran və Türkiyə əsrlərdir bölgəmiz uğrunda mübarizə aparır və maraqlı təsadüf nəticəsində hər üçü Cənubi Qafqazda vəziyyətin kəskin şəkildə pisləşməsinə qarşıdır”, - o vurğulayıb.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Fevral 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri