Icma.az
close
up
RU
Bakının qəti mövqeyi: “Heç bir erməni sərhədçisi olmayacaq”

Bakının qəti mövqeyi: “Heç bir erməni sərhədçisi olmayacaq”

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

BAKU.WS xəbər verir ki, "ABŞ Zəngəzuru istəyir, Bakı nə deyir?" adlı süjetdə bu il iyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumundan bəhs olunur.

Bildirilir ki, forumun əsas müzakirə mövzusu "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" idi: "Prezident İlham Əliyevin Xankəndidə Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlamaları bu yolun Avrasiyanın nəqliyyat şəbəkəsində nə qədər əhəmiyyətli olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa hesablanıb. Dövlət başçısı beynəlxalq yükdaşımalarda bu qədər əhəmiyyətli olan layihənin məhz Ermənistana görə reallaşmadığına diqqət çəkməklə rəsmi İrəvanı beynəlxalq ictimai rəylə üz-üzə qoyub.

Qeyd olunur ki, Azərbaycan Prezidenti Vaşinqtonun Zəngəzur dəhlizini 100 illik icarəyə götürmək planına da aydınlıq gətirib: "Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Ermənistan "Avropa müşahidəçiləri"ni də sərhədə dəvət ediblər. Onlar sərhəddəki peşəkar casuslardır və İrana qarşı casusluq fəaliyyəti aparırlar. Onlar binokl vasitəsilə bizə də baxırlar, ancaq biz də öz ərazimizdən onları izləyirik. Bizim üçün ən başlıca məsələ odur ki, Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bizim yüklər və Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaq".

Ermənistanda isə hesab edirlər ki, Zəngəzur dəhlizinin açılması Qərbi Azərbaycana qayıdış prosesinin ilkin mərhələsi deməkdir. Erməni şərhçi Arman Abovyanın iddiasına görə, "Zəngəzur dəhlizi Ermənistanın Qərbi Azərbaycana çevrilməsi doktrinasının ilkin mərhələsidir. Türkiyə-Azərbaycan tandemi Qərbi Azərbaycan məsələsində Ermənistana təzyiqləri artırır. Məntiqi sonluq azərbaycanlıların Ermənistana qayıtması və burada məskunlaşması ilə nəticələnəcək".

Diqqətə çatdırılır ki, ABŞ-nin icarə planının Azərbaycan ərazisinə heç bir aidiyyəti yoxdur: "Bakının əsas tələbi Naxçıvana maneəsiz və təhlükəsiz keçidin əldə edilməsidir. Burada heç bir fiziki təmas olmalı deyil, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 İyul 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri